“Bu, Ermənistanın fəlakətidir” Artak Zakaryan

"Bu, bir dövlətin olmaması ilə əlaqədar bir fəlakətdir". SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistanın keçmiş müdafiə nazirinin müavini Artak Zakaryan öz Facebook səhifəsində yazıb.

“Belə bir tarix, əxlaq norması, siyasi məntiq yoxdur. Rüsvayçı təslimiyyəti imzalayan dövlət başçısı, ölkə prezidenti bu barədə mətbuatdan xəbər tutur və bu ölkədə normal sayılır.

Dövlət səviyyəsində olan müharibədə uğursuz olan bir ordunun arxasında xaincəsinə, qorxaqcasına, hamıdan gizli, şübhəli bir təslim sənədi imzalayan bir hökumətdə istefa edən baş nazir deyil, əmək və sosial işlər və ya təhsil, elm, mədəniyyət və idman nazirləridir. Nikolun bu qorxaqlığının, bacarıqsızlığının, uğursuzluğunun, nəticədə, məğlubiyyətinin, təslimiyyətini təsdiq edən sənədə imza atmasının günahkarı əmək və sosial işlər, yaxud, təhsil, elm, mədəniyyət və idman naziri günahkar idimi?

İndiyə qədər dövlət səviyyəsində bu sərgüzəştli müharibənin səbəblərini və müharibədə aldığı biabırçı məğlubiyyəti öyrənmək barədə bir kəlmə də yoxdur. Heç bunun niyə baş verdiyini, günahkarın kim olduğunu, bu müqavilənin mətnini kiminlə müzakirə etdiyini, detallarını kiminlə müzakirə etdiyini, müharibənin niyə dayanmadığını kimsə nə soruşmur və də cavab vermir. Bu fəlakət, dövlətin olmaması ilə əlaqədar bir fəlakətdir. Amma böyük bir axmaq kütləsi heç bir şey olmamış kimi yaşamağa, fəaliyyət göstərməyə davam edir", deyə Artak Zakaryan bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə