"Ermənistan hakimiyyəti inqilabın yalan, hakimiyətin ələ keçirildiyini etiraf edib" Stepan Danielyan

"Ermənistan cəmiyyətinə yalnız inqlab xülyası qaldı və bunu başa düşən kütlə indi inqlabdan da imtina edir". SİA verir ki, bu barədə siyasi analitik Stepan Danielyan özünün Facebook səhifəsində yazıb.

“Hazırda parlament sədrinin müavini vəzifəsində çalışan Lena Nazaryan deyir ki, keçmiş səlahiyyətlilər Qarabağı təslim etməli olduqlarını bilirdilər. Buna görə hakimiyyəti təhvil verməzdən əvvəl bu barədə də xəbərdarlıq ediblər. O, deyir ki, keçmiş şəxslər məsuliyyəti öz üzərlərindən atmaq üçün qəsdən hakimiyyəti indikilərə veriblər. Daha dəqiq desək, inqlabı bir növ onlara özləri ssenari kimi veriblər və indi inqilabla bağlı bütün şüarların yalan olduğu da ortaya çıxıb. Bu vəziyyətdə ümumiyyətlə, onların kim olduqları, həyatlarında nə etdikləri, mahiyyətlərinin, dəyərlərinin nə olduğu aydın deyil. Niyə indi hakimiyyətdə qalmaqda davam edirlər? Başqa nələri “təhvil verəcəklər”, deyə analitik Stepan Danielyan bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə