Fərari erməni kişilərinin qadın qəhrəmanı TƏHLİL

General Movses Akobyan həqiqəti söylədi, amma həqiqət, bir qayda olaraq, sərt, güzəştsiz olduğu qədər də dözülməz oldu erməni cəmiyyəti üçün. Ələlxüsus, Ermənistan hakimiyyətini bu həqiqətlər silkələdi və əbəs yerə deyil ki, general mətbuat açıqlamasından dərhal sonra hüquq mühafizə orqanlarına çağırıldı.

Generalın söylədikləri həqiqəti eşitdikdən sonra erməni cəmiyyətinin kimisə bağışlaya biləcəyi inandırıcı görünmür. Vətəndaşlar bir dövlətin uğurlarına, qələbələrinə, ən azından varlığına, mövcudluğuna görə qürur duymalı olduqları halda, ermənilər bütün bunlardan məhrum olduqlarını anladılar. Anladılar ki, Ermənistan deyilən bir dövlət, daha dəqiq desək, erməni dövlətçiliyi dediklərində yalnız gözlərinin önündə boş-boş danışıb, populist çıxışlar edib vədlər verən Paşinyanın özü, cəbhə, döyüş bölgəsinə gedib orada şəkillər çəkdirən, min oyundan çıxan arvadı, Facebook şəbəkəsində ağlına gələni yazan qızı və guya döyüş bölgəsində olan oğlu canlanır. İndi onlara yalan məlumatlar verildiyini iddia edənlərdən sual oluna bilər ki, bu qədər oyunları görə-görə onların özlərinin də aldanmağa haqları var idimi?

Movses Akobyanın mətbuat konfransından sonra Anna Akobyanın müharibəyə rəhbərlik etdiyi ortaya çıxdı. Daha doğrusu, bu reallıq, həqiqət idi, amma erməni cəmiyyəti aldadıqları üçün bundan sonra xəbər tutdu. Xəbər tutdu ki, hərbi mütəxəssislər deyil, məhz bu qadın komanda məntəqəsinə sərbəst girir, gedən döyüşləri izləyir, canlı olaraq əlaqə qurur, nəticədə qərar verir və ümumiyyətlə həlledici qərarlar qəbul edirmiş. Eşidib biləndə ki, baş nazirin arvadı olan Anna qondarma rejimin səlahiyyətlilərinin məşuqəsi olub, erməniləri bilmirəm, amma inanıram ki, qalan hər kəsin tükləri biz-biz olar.

Bu qadın yüksək rütbəli hərbçi və ya hansısa hökumət üzvü deyildi, amma döyüş əməliyyatlarına rəhbərlik etmək və ya müdaxilə etmək hüququ olmadığı halda qərarlar verirdi. Təbii ki, Anna yalnız baş nazirinin arvadı olması ilə “hüquq” qazanmışdı qapalı gizli zonaya sərbəst daxil olmağa. Maraqlıdır, bu dövlətdir, yoxsa oyun meydanı? Həmin ərazilər müharibə zonası hesab olunurdu, yoxsa hansısa qadına verilən xüsusi imkanlar zonası? Bundan sonra erməni cəmiyyəti, ermənilər özlərini hansı üzlə yenə də “ağıllı insanlar” adlandırmağa cürət edəcəklər? Axı erməniləri iddia edirdilər ki, onlar bəşəriyyətin ən ağıllı adamları sayılmalıdırlar və bu halda hansı ağıldan danışmaq olar? Ümumiyyətlə, bu ermənilərin ağılla bağlı problemləri bir tərəfə, onlar dövlətə, dövlətçiliyə layiqdirlərmi? Bu mahiyyətləri ilə qalib gəlmək xülyası ilə yaşayırdılarmı?

Müharibəni ailə şıltaqlıqları ilə qarışıq salan bir qadın, özü də ölkənin baş nazirinin arvadı bütövlükdə bir toplumu, erməni cəmiyyətinin təmsil etdi. Hətta mahiyyətini belə ortaya qoydu. Yaxşı, bu qadının müharibə zamanı bir məşuqə olması bir yana, deyək ki, bu onun pozulmuş əxlaqının təzahürü idi, bəs komanda məntəqəsində gördüyü işlərə görə, hərbi əmrlər verməsinə, əməliyyatlara hərbi mütəxəssisləri yaxın buraxmayıb özünün komandanlıq etməsinə görə məsuliyyəti kim və hansı haqla öz üzərinə götürür? Bu gün erməni cəmiyyətində bu suallara cavab verən kimsə varmı?

Dörd günlük müharibə zamanı, yəni aprel döyüşlərində Ermənistan Respublikasının eks-prezidenti Serj Sarkisyanın arvadı Rita Sarkisyan komanda məntəqəsində oturdumu? Ümumiyyətlə, belə olsaydı, müxtəlif nöqsanlarla onun qarşısına dilemmalar qoyan Nikol Paşinyan Sarkisyana nələr deyərdi? İndi bəs onun özünə deyən varmı ki, telefonlar arxasında dünya liderlərinə yalvaramaqdan başqa bir işin öhdəsindən gələ bilməyən erməni baş nazir niyə məsuliyyət daşımamalıdır? Niyə cavab verməməlidir bu faktlara görə?

Bütün bunlar bir tərəfə, xatırlayırıqsa, müharibənin gedişində erməni əsgərləri mövqelərini tərk edərək, qaçırdılar. Hətta, indi işğaldan azad olunmuş ərazilərimizdən unitazlarını belə aparanlar müharibə zamanı, döyüş zamanı tərk etdikləri mövqelərində hərbi texnikanı, silah-sursatı da qoyub qaçır, özləri ilə götürmürdülər. Bu mənzərənin videogörüntülərdə hər kəs şahidi olub. Bunu Azərbaycan vətəndaşları ilə yanaşı, bütün dünya ictimaiyyəti də görüb, elə ermənilərin özləri də. İndi bu qaçışın, qorxunun fonunda təsəvvür edək ki, bir qadın özünü cəmiyyətin qəhrəmanı kimi aparırsa, bu inandırıcı ola bilərmi?

Müharibə başladığı zamandan işğalçı ölkədə fərariliyin baş alıb getdiyi də gizli deyildi. Hətta erməni səlahiyyətliləri özləri etiraf edirdilər ki, erməni valideynlər övladlarını səfərbərlikdən yayındırmaq üçün onların koronavirus xəstəsi belə olmaları barədə saxta tibbi arayış belə əldə edirlərmiş, özü də bundan ötrü rüşvət belə verilirmiş. Bu barədə Ermənistana məxsus mətbuat səhifələri də açıq-aşkar şəkildə yazırdı və cəmiyyəti məlumatlandırırdı. Müharibə bitdikdən sonra da məğlubiyyətləri barədə ittihamlara cavab olaraq erməni səlahiyyətliləri, hətta erməni baş nazir özü də insanların çağırışlara cavab vermədiyini, müharibədən, döyüşdən yayındığını bəyan edirlər. Yəni, ermənilər əsgər oğullarının əksəriyyətinin, böyük çoxluğunun fərariliyini açıq etiraf edirlər. Bir sözlə, fərari erməni kişisinin belə rəzil, qorxaq obrazı erməni cəmiyyətində belə etiraf olunur.
Maraqlıdır, fərari erməni kişilərinin qadın qəhrəmanı, özü də rəhbəri dünya ictimaiyyətində necə qəbul oluna bilər? Bir toplumun ki, kişiləri, əsgər oğulları fərarilik, qorxaqlıq edirsə, onun qadınının qəhrəmanlığına kimi inandıra bilərlər ermənilər? Heç kimi. Ermənistanın baş nazirinin arvadı Annanın Qarabağda ortalıqda olması, bəllidir ki, başqa məqamlardan xəbər verirdi və hələ zaman-zaman bəzi gizlinlərin də üstü açılanda çox şeylər ortaya çıxacaq. Hər bir halda kişiləri döyüş meydanından yayınan, hətta qaçan bir xalqın, bir toplumun qadınının qəhrəman obrazını tərənnüm etmək mümkünsüzdü. Gör iş nə yerdədir ki, bunu ermənilər kimi faktları təhrif edənlər belə etmirlər, çünki, fərari erməni kişilərinin qadın qəhrəmanı barədə danışmaq gülüncdür. Özü də adına xalq deyən bir toplum üçün, erməni cəmiyyəti üçün gülünc və rüsvayçıdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə