"YAP xalqımızın milli maraqlarını ifadə edən avanqard siyasi qüvvədir" Məlahət İbrahimqızı

"Ümummilli Lider Heydər Əliyevin qətiyyəti və iradəsi ilə yaradılmış Yeni Azərbaycan Partiyası artıq həm ölkə daxilində, həm də regionda lider partiyaya çevrilib". SİA-nın verdiyi məlumata görə, bu fikri YAP Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı deyib. M.İbrahimqızı bildirib ki, Ulu Öndər Heydər Əliyev ideyalarına sadiq olan və bu ideyalar əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin Sədrliyi ilə böyük inkişaf yolu keçib: "Bu gün YAP milli-siyasi iradəni təmsil edən və xalqımızın milli maraqlarını ifadə edən avanqard siyasi qüvvədir. Bu gün Ümummilli Liderimizin qurub-yaratdığı azad, müstəqil, demokratik Azərbaycan Onun müəyyən etdiyi strateji xətlə inkişaf edir. Bu xətti əzmlə irəli aparan isə Ulu Öndərin layiqli varisi, praqmatik dövlət xadimi, dünya miqyasında böyük hörmət və nüfuza malik Prezident İlham Əliyevdir". Yeni Azərbaycan Partiyasının iştirak etdiyi bütün seçkilərdə inamlı qələbə qazandığını deyən M.İbrahimqızı partiyamızın zəngin seçki təcrübəsinə sahib olduğunu da diqqətə çatdırıb. Onun sözlərinə görə, partiyamız yarandığı vaxtdan etibarən iştirak etdiyi bütün seçkilərdə parlaq qələbələr qazanıb: "Partiyamızın gücünün əsasını Ulu Öndər Heydər Əliyevin ideyaları təşkil edir. Xalqımız Ulu Öndərimizin ideyalarına sadiqdir. Çünki bu ideyalar inkişafımızın əsasını təşkil edir. Prezident İlham Əliyev tərəfindən bu gün Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi Azərbaycanı daha da güclü dövlətə çevirir. Təbii ki, uğurlu siyasət seçkilərdə partiyamızın qələbələr qazanmasının əsas amilidir. Hesab edirəm ki, partiyamızın Sədri, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun torpaqlarımızı erməni işğalından azad etməsi partiyamıza da ciddi siyasi dividendlər qazandırır. Bu baxımdan, 28 illiyini qeyd edən partiyamızın gələcəkdə daha böyük uğurlar qazanacağına əminəm". yap.org.az
Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə