"Putinin bəyanatı sülh prosesinin davamlı olacağına zəmanət verir" - ŞƏRH ÖZƏL
"Rusiya prezidenti Vladimir Putinin müsahibəsində ən vacib olan məqam ondan ibarətdir ki, o, Azərbaycanın ərazi bütövlüyünün tanınmasını bir daha elan edib və bəyan edib ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Düşünürəm ki, bundan sonra deyilənlər və Dağlıq Qarabağ münaqişəsinin birdəfəlik həlli, Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizliyin bir dəfəlik bərqərar olması məhz bu prinsipin üzərində dayanır. Bu bizim üçün çox vacib bir məqamdır. Münaqişənin bundan sonra həlli, işğal olunmuş ərazilərdən olan qaçqınların həmin ərazilərə qayıtması və humanitar yardımların göstərilməsi də çox vacib məsələdir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Sevil Mikayılova deyib.
Deputatın sözlərinə görə, bütün bunlar sülhün və təhlükəsizliyin qorunması, ümumiyyətlə, münaqişənin həlli üçün çox mühüm kompanentdir: "Rusiya Prezidenti beynəlxalq birliyin səylərinin davamlı olmasını istəyir və öz tərəfdaşları ilə bu məsələnin həllinə dair işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb. Azərbaycanlılar üçün önəmli olan məsələ Türkiyənin məsələdə iştirakıdır ki, fikrimcə Rusiyanın və Türkiyənin məsələnin həlli ilə bağlı əməkdaşlıq etmək əzmində olması, həmçinin Rusiya Prezidentinin öz dilindən bunu bir daha əminliklə söyləməsi özü çox müsbət haldır. Putin çox aydın şəkildə söyləyib ki, Monitorinq mərkəzi Azərbaycan ərazisində yaradılacaq və bu mərkəz birbaşa olaraq Azərbaycanın özünün seçdiyi yerdə yerləşdiriləcək. Bu isə Azərbaycanın müstəqil və suveren dövlət kimi öz hüququdur".
S.Mikayılova bildirib ki, Putin 10 noyabrda üçtərəfli imzalanmış bəyanatla bağlı çox qəti bir fikir səsləndirib ki, Ermənistanın bu bəyanatdan çıxması ümumiyyətlə tövsiyyə olunmur: "Bu özünəqəsd kimi dəyərləndirilib. Putinin bu bəyanatı sülh prosesinin sona qədər uğurla aparılmasına zəmanət verir. Bəyənatda göstərildiyi kimi dekabr ayının 1-nə qədər nəzərdə tutulduğu kimi Azərbaycanın işğal altında olan 3 rayonu Kəlbəcər, Laçın və Ağdam rayonlarının təhvil verilməsi və sonra yenə də humanitar missiyanı həyata keçirərək bu ərazilərə 30 il bundan qabaq o torpaqlardan qovulmuş Azərbaycan vətəndaşlarının qaytarılması prosesi başlayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB