Ziyafət Əsgərov: “Demokratiya adı altında Azərbaycana təzyiqlər edilirsə, bu, kişilikdən deyil”
"Bu gün qərb deyəndə jandarm başa düşülür. Bunlar beynəlxalq siyasəti, hüququ öz əllərinə alıblar, necə istəyirlər, elə də tətbiq edirlər". SİA xəbər verir ki, bunu Milli Məclisin iclasındakı çıxışında vitse-spiker Ziyafət Əsgərov deyib. Avropa Parlamentinin qəbul etdiyi son qətnaməyə sərt şəkildə etiraz edən Z. Əsgərov bunu ikili standart və arxadan vurulan zərbə adlandırıb.
"Onların devizi budur: güc bizdədir, resurs bizdədir. Biz necə istəyirik, elə də olmalıdır. İstəsəniz də budur, istəməsəniz də. Ədalət, bərabərlik, təhlükəsizlik məsələləri gələndə isə deyirlər ki, bunu biz özümüz həll eləməliyik. Onda sual olunur, yaxşı onda bizi ora niyə dəvət eləmisiniz? Qaz lazım olanda, neft lazım olanda qaçırlar Azərbaycan prezidentinin üstünə, Azərbaycanda iki-üç cinayətkar tutulan kimi o saat QHT-lərlə işləyirlər. Axı bu da Azərbaycanın işidir. Gəlin Azərbaycanla həll edin! Əgər problem varsa, biz oranın üzvüyüksə, bunu bir yerdə həll eləməliyik. İkili standart nəyə lazımdır?", -deyə vitse-spiker qeyd edib.
Bu gün "Nabucco" layihəsinin həyata keçirilməsi ilə bağlı Azərbaycana çox ciddi təzyiqlər olduğunu dilə gətirən Z.Əsgərov söyləyib ki, bundan istifadə edərək Azərbaycandan əlavə güzəştlər qoparmaq istəyirlər: "Qopara bilmədikdə insan hüquqları, demokratiya adı altında Azərbaycana təzyiqlər edilirsə, bu, kişilikdən deyil. Onsuz da beynəlxalq aləmdə kişilik qalmayıb. Buna baxmayaraq bizim öz standartlarımız var".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB