"Arayik Arutunyanın mövcudluğuna son qoyulmalıdır" ÖZƏL-MÜNASİBƏT

"Arayik Arutunyanın mövcudluğuna son qoyulmalıdır" ÖZƏL-MÜNASİBƏT

"Fransa prezidenti E. Makron Rusiya prezidenti V.Putinlə Minsk qrupu çərçivəsində danışıqların aparılmasının vacibliyini qeyd edib. Hətta ABŞ dövlət katibi M. Pompeoda Minsk qrupu çərçivəsində danışıqların vacibliyindən söz açıb. Azərbaycan üçün Minsk qrupu artıq fəaliyyətini bitirb". Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun sözlərinə görə, bu format təkcə, Ermənistan və Fransaya lazımdır ki, Türkiyəni prosesdən uzaqlaşdırsın və hazırda Qarabağın onların nəzarətində hissəsində idarəetmə yaratsınlar: "Rusiyada burada maraqlıdır. Sadəcə ABŞ Minsk qrupunun bərpasında ona görə maraqlıdır ki, Rusiyanın burada təsirlərini zəiflətsin. Məhz üç həmsdər ökə öz maraqlarına görə 30 il ərzində münaqişə həll etmədi. Hazırda da çalışırlar ki, Qarabağa hazırkı mövqeləri çərçivəsində bir avtonom idarə sistemi tətbiq edilsin. Ona görədə bu formata qayıtmaq planından danışırlar. Azərbaycan qəti şəkildə Minsk qrupu çərçivəsində danışıqlara qayıtmammalı, imtina etməlidir. Bu, bizim maraqlarımıza uyğun deyil.

Prezident İlham Əliyevdə yenidən Qarabağın statusu olmayacağını mesajını verdi. Azərbaycana bu ayın sonuna kimi üç rayon qayıtdıqdan sonra, Xankəndindəki separatçıların rəhbəri Arayik Arutunyanın mövcudluğuna son verilməlidir. Artıq prosesdə Ankara-Moskva və Bakı formatı var.

Qeyd edim ki, Rusiya və Türkiyə arasında Monitorinq Mərkəzi yaradıldıqdan sonra, atəşkəsə nəzarət ediləcək. Hazırda Ermənistan silahlı Qüvvələri bəyannəmədə olduğu kimi ərazilərdən çıxarılır. Qarabağın müəyyən yerlərində "Müdafi ordusu" adında silahlı birləşmələr var. Onalrında bu ərazilərdən Agdam və iki rayondan çıxarılması baş tutacaq. Bu silahlı birləmələr Xankəndində də qalmamalıdır. Rusiya üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək bu silahlı birləşmələri çıxarmalıdır. İmza atılan Bəyannəmədə bütün hərbi biləşmələrin Azərbaycanın işağl olunmuş ərazilərindən çıxarılması qeyd edilir.

Rusiyanın Xankəndindəki Sülhmərmlı Qüvvələrinin komandanlığı öz missiyasına uyğun olmayaraq Arayik Arutunyanla görüşlər keçirir. Türkiyə TSK Şuşada, Hadrutda və Kəlbəcərdə olandan sonra, proseslər heçdə Xankəndində hazırda davam edən proseslər kimi olmayacaq. Çox fərqli proseslərin şahidi ola bilərik".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə