Ağdam və Laçının təhvil verilməsi vaxtı dekabrın 1-dək uzadıldı Hikmət Hacıyev

Ağdam və Laçının təhvil verilməsi vaxtı dekabrın 1-dək uzadıldı Hikmət Hacıyev

Qrafikə uyğun olaraq Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərindən mülki insanlar, hərbçilər çıxarılır. Ağdamın 20 noyabr, Laçının isə təhvil verilməsi üçün nəzərdə tutulan vaxt dekabrın 1-dək olduğu kimi saxlanılır. SİA-nın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Qeyd edək ki, Ermənistan Kəlbəcərin tam boşaldılması üçün 25 noyabra qədər vaxt istəyib və Kəlbəcərin relyefi, yolun dar olması nəzərə alınaraq bu ayın 25-ə qədər vaxt verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə