Ankaraya səfər edən Rusiya nümayəndə heyətinin Qarabağla bağlı danışıqları davam edir

Ankaraya səfər edən Rusiya nümayəndə heyətinin Qarabağla bağlı danışıqları davam edir

Dağlıq Qarabağda əldə edilən atəşkəs razılaşmasından sonra görüləcək işlərlə Ankaraya səfər edən Rusiya nümayəndə heyətinin bu günkü danışıqları başa çatıb.

SİA xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Dağlıq Qarabağda əldə edilən atəşkəs razılaşmasından sonra Türkiyə və Rusiya hərbi heyətinin birgə texniki fəaliyyətinə dair məsələlər sabah da (noyabrın 14-də) müzakirə olunacaq.

Qeyd edək ki, bu gün Ankaraya Rusiyadan 20 nəfərlik iki heyət gəlib. Heyətlərdən biri İdlib daxil olmaqla Suriyadakı, digəri isə Qarabağdakı vəziyyəti türk hərbi heyətlə birgə müzakirə ediblər.

Heytələr öncə Türkiyə Xarici İşlər nazirinin müavini Sedat Önalla görüşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə