Ermənistanın paytaxtı İrəvan şəhərində Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyası davam edir. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, etirazçılar opera teatrının yaxınlığına toplaşıblar, polis etirazçıları dövrəyə alıb.
Qeyd edək ki, artıq bir neçə gündür İrəvanda N. Paşinyanın istefası tələb ilə etiraz aksiyası keçirilir. Aksiyanın təşkilatçıları, müxalifətin 10 lideri saxlanılıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB