"Tariximizin ən rüsvayçı səhifələrindən biri - xəyanət" Qaqik Sarukyan

"Tariximizin ən rüsvayçı səhifələrindən biri - xəyanət" Qaqik Sarukyan

“Bunu xalqa necə izah etmək olar, necə cavab vermək olar? Bu xəyanətdir!". SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri “Çiçəklənən Ermənistan” partiyasının rəhbəri Qaqik Sarukyan “Yerkir Media” telekanalının efirində deyib.

“Bu, tariximizin ən biabırçı günlərindən biridir, 30 ildə əldə edilənlərin, bu qədər qan tökülməsinin, heç bir məlumat vermədən və heç kimlə müzakirə etmədən imzalanaraq qarşı tərəfə verilə bildiyi tarixdir. Hamımız xatırlayırıq ki, iki il əvvəl meydanda hər hansı bir məsələni müzakirə etmək lazım olduğunu, heç kim bir santimetr torpaq verməyəcəyini söylədik. Müharibə 27 sentyabrda başladı, 28 və 29 sentyabrda müharibəni dayandırmaq və Şuşanın Azərbaycan Ordusunun geri qaytarmasına qədər gözləməmək, indiki son sənədi imzalamaq mümkün idi. 28-də Rusiyadan zəng etdilər və gəlməyə hazır olduqlarını, sülhməramlı qüvvələr göndərməyə hazır olduqlarını söylədilər. Amma, Şuşanın təslim olmasından sonra gizli şəkildə imzaladılar. Bəyanat kimlə razılaşdırıldı? Təhlükəsizlik Şurasının iclasını keçirmək üçün üç dəfə xahiş etdik, sonrakı hər hansı addım, hərəkət, cavab olmadı. Və bu gün də cavab vermək istəmirlər”, deyə Qaqik Sarukyan bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə