"Ermənistan məğlubiyyətin acı nəticələrini yaşayır" ÖZƏL-MÜNASİBƏT

"Ermənistan məğlubiyyətin acı nəticələrini yaşayır" ÖZƏL-MÜNASİBƏT

“Hazırda hər birimiz böyük və möhtəşəm qələbənin təsiri altındayıq. İlk növbədə hər kəsi, başda bizə bu qələbə sevincini çatdıran cənab Prezident başda olmaqla bütün xalqımızı təbrik etmək istəyirəm. Hadisələr Azərbaycanın xeyrinə o qədər sürətlə inkişaf etdi ki, yəqin ki, bu uğur hələ qarşidakı illər ərzində geniş təhlil olunacaq. Qısaca ona deyə bilərəm ki, bu hədəfə çatmaqda biz cənab Prezident İlham Əliyevin uzaqgörən siyasətinə borcluyuq”. Bunu SİA-ya Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, xalqımız uzun illər bu münaqişənin həllini gözləməklə barəbər ölkə rəhbərimizə heç zaman ümidini itirmədi: “Ali baş komandan və ordumuz öz əməli fəaliyyəti ilə bu böyük qələbəni xalqımıza bəxş etdi. İllərdir biz beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə çağırış edirdik və Azərbaycan sübut etdi ki, münaqişənin həlli məhz elə Azərbaycanın özündədir. Bu bəyannamənin imzalanması ilə Azərbaycan bütün dunyaya güclü və haqlı olduğunu sübut etdi. Azərbaycanın ərazi bütövlüyü təmin olundu, xalqımızda çox böyük ruh yüksəkliyi və qələbə sevinci yaşanır, qaçqın və məcburi köçkünlərimiz öz yurd yuvalarına qayıdır, artıq Qarabağda Azərbaycanın qanunları, milli valyutası söz sahibi olacaq və bayrağımız dalğalanacaq.

Ermənistanın Dağlıq Qarabağa status tələbi iflasa uğradı və ədalətli sülhə məcbur edildi və torpaqlarımızdan çıxır. Yalnız danışıqlar prosesi ilə təbii ki, təbii ki, biz buna nail ola bilməzdik. İmzalanan bəyannamə ilə məhz Rusiya və Türkiyə sülhməramlıları bu prosesin təhlükəsiz təminatçısı rolunu oynayır. Bu sənədin böyük bir tarixi əhəmiyyəti var. Bu razılaşmanın digər böyük əhəmiyyəti isə odur ki, biz nəinki öz torpaqlarımıza qayıdırıq, eyni zamanda Naxçıvana təhlükəsiz dəhliz və kommunikasiya əldə edirik, nəhayət tarixi ədalət bərpa edildi. Bugün Azərbaycan öz tarixi hədəfinə çatdığı halda, Ermənistan məğlubiyyətin acı nəticələrini yaşayır. Bu ölkə nəinki hərb meydanında, həm də siyasi baxımdan Azərbaycana məğlub oldu və bu bəyənnamə ilə öz məğlubiyyətini rəsmiləşdirdi. Bundan sonra Azərbaycan daha da inkişaf edəcək, çiçəklənəcək, regional sülh və barışıq gələcək, Qarabağda böyük quruculuq işləri aparılacaq və qonşu ölkələr arasında nəqliyyat kommunikasiya bərpa olunacaq. Bu yüzminlərlə yeni iş yerləri deməkdir. Azərbaycan söz verdiyi kimi regiona sülh və rifah gətirdi, inanıram ki, bu sülh uzunmüddətli inkişafa xidmət edəcək və Azərbaycanı dünyada daha ciddi söz sahibinə çevirəcək. Bir daha hər kəsi bu tarixi qələbə münasibəti ilə təbrik edirəm!”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə