Qarabağdan olan erməni qadın Paşinyana "get" dedi

Qarabağdan olan erməni qadın Paşinyana "get" dedi

“Nikol Paşinyan, sən bir az da olsa vətənpərvərsənsə, artıq get”. SİA Ermənistana məxsus hayeli.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri Dağlıq Qarabağdan Ermənistana gələn və mətbuat səhifəsində açıqlama verən qadın Qoar Qriqoryan deyib.

Dağlıq Qarabağdan olan qadının Ermənistanın baş nazirinə ünvanladığı tənqidi fikirlər videogörüntülərə alınıb və işğalçı ölkənin mətbuat səhifələrində yayımlanıb.

“Nikol Paşinyan, sən gəmini suyun dibinə aparırsan”, deyə videogörüntülərdə Qarabağdan olan qadın Qoar Qriqoryan Nikol Paşinyana ünvanlanıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə