Rusiya MN nümayəndəsi: Azərbaycan Ordusu dünyanın ən yaxşılarındadır - MÜSAHİBƏ

Rusiya MN nümayəndəsi: Azərbaycan Ordusu dünyanın ən yaxşılarındadır - MÜSAHİBƏ

İqor Korotçenko: Qarabağda əldə edilən qələbə vaxtilə Azərbaycan ordusuna ayrılan böyük vəsaitlərin nəticəsinin real təcrübədə əyani nümayişidir

Rusiya Müdafiə Nazirliyi nəzdində İctimai Şuranın rəhbəri, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Qarabağ döyüşləri ilə bağlı bəzi məqamları Pravda.Ru-nun baş redaktoru İnna Novikovaya şərh edib. Mühasibəni oxucularımıza təqdim edirik.

- İqor, proqramın gedişində 1000-dən artəq sayda şərh və sual yazılıb. Erməni tamaşaçılarımız arasında böyük bir həvəs hiss etmək olar, amma azərbaycanlılar arasında daha çoxdur. Bir çox insan 90-cı illərin əvvəllərindəki müharibə tarixini xatırlayır.

- Mənəvi cəhətdən əlavə texniki təchizat və kadr hazırlığı çox vacibdir. Fakt budur ki, Azərbaycan Xalq Cəbhəsi o zaman Azərbaycanda hakimiyyətə gəldi. Elçibəy- yəni Paşinyan kimi müxalif siyasətçi rəhbərlik edirdi. Əlbətdə ki, sərt bir mərkəzləşdirilmiş güc olmadıqda, o dövrdə səfərbərlik və döyüş əməliyyatlarının səriştəli idarə edilməsi mümkün deyildi.

Ermənistan Pavel Qraçovun müdafiə naziri təyin edilməsindən sonra ciddi dəstək aldı. O, Ermənistana rəğbət bəslədi və müəyyən qərarlar qəbul edildi, buna görə Ermənistan avadanlıqların bir hissəsini oradakı hərbi birliklərdən aldı. Bundan başqa. anbarları qarət edərək, texnikanın digər hissəsini də ələ keçirdi.

Azərbaycanda vəziyyət Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra düzəldildi. O, görkəmli bir Sovet dövlət xadimi idi. Siyasi Büronun üzvü, SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini, bir vaxtlar Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik etmiş, çox hazırlıqlı, iradəli, sərt və konkret siyasətçi idi.

Prezident Heydər Əliyev Azərbaycan ordusunu faktiki olaraq sıfırdan yaratmağa başladı, çünki Azərbaycan Xalq Cəbhəsi çox kədərli bir miras qoymuşdu.

İlham Əliyev Azərbaycanda hakimiyyətə gəldikdə, böyük miqdarda valyuta gəlirləri gətirməyə başlayan iri neft və qaz infrastruktur layihələrini həyata keçirə bildi. Bütün Azərbaycan iqtisadiyyatı inkişaf etdi, orduya da böyük ayırmalar edildi.

Buna görə də, bugünkü Azərbaycan ordusu yaxşı təchiz olunmuşdur, layiqli bir rəqibdir, bölgənin ən yaxşı ordularından biridir və dünyanın ilk 50 ən yaxşı ordusu sırasındadır.

Əlbətdə cəbhədə vəziyyət, ən azı zamanın bu nöqtəsində Azərbaycanın xeyrinə inkişaf edir. Bu, vaxtilə ordu və müdafiə üçün ayırmaların Bakı tərəfindən nə səbəbdən edildiyini göstərir.

Bugünkü müharibə, ilk növbədə, yüksək dəqiqlikli silahlar istifadə edilən texnoloji müharibədir. Müasir dünyada bunlar hamının dərk etməli olduğu yeni reallıqlardır.

Rus ordusunda pilotsuz hava vasitələri çoxdan bəri çox diqqət çəkmir. Hərçənd Sovet İttifaqının sonlarında- 80-ci illərin sonunda- biz yaxşı səviyyədə idik.

Ancaq 90-cı illərdə bu istiqamətdə heç bir şey edilmədi. Yalnız Şoyqunun gəlişi ilə bu boşluğu aradan qaldırmaq üçün real cəhdlər başlandı və pilotsuz təyyarələrlə ciddi məşğul olmağa başlanıldı.

- Daha tez. Serdyukovu tənqid etsələr də, ordu islahatı onun rəhbərliyi altında başladı.

- Bəli, Serdyukovun rəhbərliyi altında İsrail ilə bir sıra İsrail pilotsuz təyyarələrinin alınması və Rusiyada lisenziyalı istehsalına dair müqavilələr artıq imzalanmışdır. Ancaq həqiqət budur ki, İsrail indi Azərbaycana son nailiyyətlərini təqdim edirdisə, israillilər o vaxt bizə ən müasir olmayan avadanlıqlar verdilər.

Əslində, bu bizim üçün daha faydalı oldu. Ən azı müəyyən bir bacarıq inkişaf etdirdik və artıq özümüzdə müasir pilotsuz təyyarələrin yaradılması istiqamətini inkişaf etdirməyə başladıq. Suriyada pilotsuz təyyarələrimiz artıq özünü çox yaxşı sübut etdi.

2016-cı ilin sonunda Rusiya Müdafiə Nazirliyinin nəzdindəki İctimai Şura vasitəsilə Suriyaya işgüzar səfərim oldu. Dronların əsl işi bizə onlayn göstərildi.

Silahlıların içərisinə sursat gətirdiyi mağara görünür. Bunu aşkar edən bir PUA-dan. Sonra betondələn bombalarla hamısını məhv edən nöqtə atışları. Hər kəs həqiqətən bunun necə edildiyini gördü- nəzarət mərkəzində canlı izlədik və çox təsirləndik.

Buna görə də, bu gün müasir olmaq, səmərəli mübarizə aparmaq istəyən hər bir ordunun tərkibində müxtəlif səviyyəli pilotsuz təyyarələr olmalıdır. Bu, yalnız dəbə və ya meyllərə hörmət deyil, həyati zərurətdir.

Rusiya Silahlı Qüvvələri özünün müxtəlif sinif dronlarından fəal şəkildə istifadə edir. Ordu-2020 sərgisində yeni perspetivli strateji nəqliyyat vasitələri, pilotsuz kəşfiyyat təyyarələri və zərbə dronları nümayiş olundu.

Ümid edirik ki, bu proses ən qısa müddətdə həyata keçiriləcək və dövlət müdafiə sifarişlərinə daha fəal daxil ediləcək, çünki bu cür silahlara- bizi pilotsuz təyyarələrdən istifadə edərək düşmən hücumlarından qoruyacaq silahlara ehtiyacımız var.

- Şərhlər sunamisi gücləndi, mən artıq bu prosesi idarə edə bilmirəm ...

- Nə Azərbaycana, nə də Ermənistana dəstək olmaq istəmirəm. Bu müharibədir, insanlar müharibədə ölürlər. Nə də olsa, bu iş mümkün qədər dincliklə başa çatsa yaxşı olardı. Ancaq böyük ehtimalla bu hələ mümkün deyil.

Tərcümə: Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə