"İranın Qarabağla bağlı irəli sürdüyü həll variantında sistematik yanaşma yoxdur. Bu həll variantı Moskva ilə razılaşdırılaraq yeni bir danışıqlar formatının yaradılmasına hesablanıb. Burada işğalçı qoşunların ərazilərdən çıxarılması qeyd edilsə də, Ermənistanın da maraqları burada nəzərə alınıb. Həmçinin burada sülhməramlı qüvvələrin olmasına aydınlıq gətirilməyib. Ona görə də İran Ermənistanın maraqlarının nədən ibarət olduğunu açıqlamalıdır". Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloqun sözlərinə görə, artıq Azərbaycan Qarabağda ciddi uğurlar əldə edib və hər hansı həll variantı hərbiçiləri Qarabağın dağlıq hissəsindən çıxara bilməz: "İran prezidentinin xüsusi elçisini S.A.Araqçi Bakı, Moskva, Yerevan və Türkiyəyə səfər edərək təklif etdikləri həll variantını müzakirə edib və edəcək. Burada Moskva Tehranın irəli sürdüyü plandan razıdır. Azərbaycan hələlik qəti mövqeyini bildirməyib və belə bir həll variantlarına artıq ehtiyac duymur.
İranın həll variantları Ermənistanda razılıqla qarşılansa, deməli burada Yerevanın tam maraqları əks olunub. Bu da Qarabağa yüksək status yaxud müstəqilliyə aparılan yoldur. İran bundan artıq Azərbaycanın tam mənafeyinə və BMT -nın qətnamələrinə əsaslanan bir həll variantı hazırlaya bilməz.
İran-Ermənistan əlaqələri yüksək səviyyədədir. Azərbaycan və Turkiyə bu varianta razılıq verməyəcək.
Deməli, İran Qarabağla bağlı sülh planı irəli sürməsinə baxmayaraq Azərbaycanın cənub -Qərb sərhəddinə Zəngilan-Cəbrayil istiqamətinə ordu yığır. Azərbaycan tərəfi sərhəddə Sərhəd qoşunlarının postlarını quraraq İran üçün heç bir təhlükə olmadığını bəyan edib. Rəsmi Tehran isə durmadan sərhəddə zirehli texnikasını cəmləşdirməklə, irəli sürdüyü sülh planını kölgədə qoymuş olur.
İranın Qarabağ məsələsində kənar qalması və bu prosesdə yer almaması Azərbaycan üçün xüsusi bir cizgidir. İranın qonşuluq prinsiplərinə sadiqliyi, tarixi-dini və oradakı soydaşlarımızın yaşadığını nəzərə alaraq Azərbaycanın bu məsələdə mövqeyini siyasi ritorikada deyil, əməldə dəstəkləməsi vacibdir.
Bir tərəfdən sülh planı, bir tərəfdən də silahlı qüvvələrlə sərhəddə dayanmaq dostluq və vasitəçiliyə şübhə yaratmış olur. İranın əsas narahatlığı Azərbaycanla Naxçıvanı birləsdirə bilən "Mehri" dəhlizi ilə bağlıdır. Azərbaycan hələki bu məsələdə maraqlı deyil. Hazırda Türkiyənin güc nazirlərinin Bakıda olması, üçüncü ölkələrin təzyiqlərini neytrallaşdırmasına gətirib çıxarır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB