“Soros və onun "uşaqları" Ermənistana yardım etməyib, etməyəcək” Eduard Şarmazanov

“Soros və onun "uşaqları" Ermənistana yardım etməyib, etməyəcək” Eduard Şarmazanov

"Soros qrantlarını mənimsəyənlərə deyin ki, sponsorlarınız nə keçmişdə, nə də bu günlərdə Ermənistana heç vaxt hərbi yardım etməyiblər, etmirlər də". SİA Ermənistana məxsus hayeli.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Eduard Şarmazanov öz Facebook səhifəsində yazıb.

O, öz sosial şəbəkə hesabında fikirlərini açıq-aşkar bildirib və Ermənistan hökumətinə, şəxsən Nikol Paşinyana ehyam vurub.

“Sorosun qrantlarına sahib olanlara, qrantlarını yeyənlərə deyin, bildirin ki, onların sponsorları nə əvvəl, nə bu günə qədər, ümumiyyətlə heç vaxt Ermənistana hərbi yardım etməyiblər, elə hal-hazırda da yardım etmirlər. Ruslara qarşı çıxışlar və yazıları dayandırın”, deyə Eduard Şarmazanov paylaşım edib.

Ermənilər üçün “nümunə” olan Qregin Njdenin “ermənilərin əsl müttəfiqi böyük rus xalqıdır” fikirləri də sonda xatırladılır.

Göründüyü kimi, Nikol Paşinyanın Sorosun adamı olduğu erməni cəmiyyətində açıq-aşkar bildirilir, eyni zamanda onun ruslara əks mövqe sərgilədiyi də gizlədilmir. Həmçinin tam açıq şəkildə bəyan edilir ki, Nikol Sorosun qrantlarını mənimsəyir və bundan sonra nə o, nə də həmin ”şər iblisi” Ermənistana bu vaxta qədər etmədiyi kimi, bundan sonra da yardım etməyəcək.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə