Britaniya səfirindən zərərçəkənlərə yardımla bağlı paylaşım

Böyük Britaniya hökuməti Beynəlxalq Qızıl Xaç Komitəsinə Qarabağ münaqişəsində zərər çəkənlərə yardım üçün bir milyon funt sterlinq vəsait ayırıb. SİA xəbər verir ki, bununla bağlı Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp "Twitter" hesabında paylaşıb.

"Bu, hazırda münaqişədən zərərçəkən minlərlə insanı qida, dərman və tibbi yardımla təmin edəcək. Zərər çəkənlərin ailələrinə bir daha səbr diləyirəm", deyə səfir qeyd edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə