Makrona İranın cavabı - “Parisli iblis”

Fransa Prezidenti Emmanuel Makronun şeytan cildində karikaturası dərc edilib. SİA xəbər verir ki, “Vzqlyad” nəşrinin məlumatına görə, Makronun şeytan cildində karikaturasını İranın “Vatan-e-Emrooz” qəzeti yayımlayıb.
Məlumatda qed olunur ki, “Parisli iblis” karikaturası qəzetin birinci səhifəsində yer alıb. “Vatan-e-Emrooz” nəşri bunu Fransa prezidentinin Məhəmməd peyğəmbərin karikaturasının yayılmasını dəstəkləməsi ilə bağlı açıqlamalarına cavab adlandırıb.

Xatırladaq ki, İranda Milli Məclisin sədri Məhəmməd Bakir Qalibaf, Xarici İşlər naziri Məhəmməd Cavad Zərif, Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Şəmhani və digər rəsmilər İslama və peyğəmbərinə qarşı edilən təhqirlərə sərt reaksiya göstəriblər. Ümumiyyətlə, Emmanuel Makronun Məhəmməd peyğəmbərin karikaturasının yayılmasına icazə verməsi müsəlman dövlətlərində narazılıqla qarşılanıb, hətta bir sıra ölkələrdə Fransa məhsulları boykot edilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...