Artıq Nikol Paşinyanın çıxış yolu yoxdur

Sərsəm bəyanatlarla erməni xalqına vəd yox, hesabat verməyinin vaxtıdır

Bu gün Ermənistanın baş naziri Nikol Paşinyanın vədləri, çıxışındakı işğalçı fikirlər bir daha küçə «demokratı»nın hələ də eyforik küçə yürüşçüsü emosiyasından ayıla bilmədiyini təsdiqləyir. Nəticə nə oldu… Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə, soyqırımı və dövlət terrorizmi siyasəti 30 ildən artıqdır ki davam edir. Belə ki, sentyabrın 27-sindən etibarən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində 60-dan çox mülki insan həlak olub, 300-dən çox şəxs isə yaralanıb. Erməni terrorizmi isə bütün dünyanın gözü qarşısında baş verir. Beynəlxalq təşkilatlar bu məsələdə Ermənistanı qınayaraq dinc əhaliyə qarşı həyata keçirilən bu vandalizmin dayandırılması üçün çağırış etsələr də Ermənistan hərbi siyasi rəhbərliyi yenə də öz çirkin niyyətlərindən əl çəkmir. Demək olar ki, dinc əhalinin yaşadığı məntəqələri atəşə tutmaqda davam edir.

İndi isə bütün cəbhələrdə uduzan Ermənistan dünya birliyini inandırmağa çalışır ki, Azərbaycan Dağlıq Qarabağın erməni əhalisinə qarşı guya “soyqırım” planlaşdırır və koronavirus pandemiyası dövründə aparılan hərbi əməliyyatlar bu planın «tərkib hissəsidir”.

Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq sahəsindəki nadir təcrübəsi hər zaman yüksək qiymətləndirilib

Yenə də küçə “demokratı” Paşinyan Azərbaycana hansısa təzyiqlər etməyi düşünür. Ancaq unudur ki, Azərbaycanda antisemitizmə heç vaxt yer olmayıb və indi də yoxdur. Çünki Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq sahəsindəki nadir təcrübəsi hər zaman yüksək qiymətləndirilib. Hələ Rum patriarxı I Varfolomey 2003-cü il aprelində Bakıya səfərində respublikamızdakı dövlət- dini konfessiyalar münasibətlərini, habelə ənənəvi və qeyri-ənənəvi dini konfessiyalar arasındakı mövcud münasibətlər nümunəvi olduğunu etiraf etmişdi. Onun sözlərinə görə, Azərbaycanda hər kəs istədiyi dinə etiqad edir, istədiyi kimi də ibadət edə bilir.

Roma Papası Fransisk də Azərbaycanı «əsl tolerantlıq nümunəsi» adlandırıb. O, dünyanın bir çox yerlərində gərginlik və münaqişələrin artdığı, bəzi dairələrin dini amildən istifadə edərək ədavəti və nifaqı daha da yaymağa çalışdığı bir vaxtda Azərbaycan əsl tolerantlıq nümunəsi olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, bəşər sivilizasiyasında müxtəlif mədəniyyətlərinin qorunması üçün dinlər və mədəniyyətlər arasında dialoqun yaranması böyük əhəmiyyət kəsb edir. Bu baxımdan, tolerantlıq və dözümlülük ənənələri zəngin olan ölkələrdən biri də məhz Azərbaycandır və millətlərin, dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir. Həmçinin, Azərbaycanda bu hüquqlar daha üstün şəkildə konstitusiya təminatı altında qorunur.

Aəzərbaycan Prezidenti İlham Əliyev mütəmadi olaraq əhali ilə görüşür, onların ehtiyac və problemlərinə maraq göstərir. Prezident İlham Əliyev müntəzəm olaraq ölkənin xristian və yəhudi icmalarını əsas dini bayramlar münasibətilə təbrik edir. Ölkə başçısı İlham Əliyev dəfələlərlə çıxışlarında vurğulayıb ki, Dağlıq Qarabağda yaşayan dinc erməni əhalisinin hüquqları tam qorunacaq, onlar da Azərbaycanın digər vətəndaşları ilə eyni hüquqa malik olacaqlar.

Paşinyan xalqını yox, öz siyasi ambisiyalarını düşünür

Bütün bunların fonunda erməni xalqı üçün ən böyük təhlükə Azərbaycandan deyil, Ermənistan rəhbərliyindən və Dağlıq Qarabağdakı terrorçu rejimdən gəlir. Erməni ictimaiyyəti tanınmış nümayəndələri də Paşinyana müraciət edərək erməni xalqına qarşı soyqırımın dayandırılmasıyla bağlı da çağırış ediblər. Bu gün «arabağda erməni soyqırımı hazırlanır» deyən Paşinyan rejimi anlamalıdır ki, Qarabağda sülhün bərqərar olması yalnız Ermənistanın özündən asılıdır. Amma Paşinyan xalqının yox, öz siyasi ambisiyalarını düşünür.

Bununla da, Ermənistandakı rejim öz xalqına qarşı soyqırım siyasəti yürüdür. Uzun illər azərbaycanlılara qarşı soyqırım həyata keçirənlər bu gün eyni aqibəti öz xalqına da yaşadır. Onlar üçün erməni gəncliyinin məhv olması, yumşaq dillə ifadə etsək, heç veclərinə belə deyil.

Odur ki, Paşinyan rejiminin Azərbaycana qarşı bu uydurması da elə tarixdə növbəti erməni yalanı kimi qalacaqdır. Bax, budur nəticəsi.

Ekspertlər: “Paşinyan hökumətinin xarici siyasət kursunda da səbatlılıq yox dərəcəsindədir”

Siyasi ekspertlərin sözlərinə görə, Paşinyan hökumətinin xarici siyasət kursunda da müəyyənlik, səbatlılıq yox dərəcəsindədir: “Paşinyan həm Qərbə, həm də Rusiyaya yarınmağa, nəticədə hər iki tərəfdən başının sığallanmasına nail olmağa çalışır. Bu davranışın əziyyətini isə Ermənistan əhalisi çəkir. Nəticəsi də…”

Nəticəsi - düşmənin üç gün ərzində 2300 nəfərədək canlı qüvvəsi məhv edilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinnin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı qeyd edib ki, işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda Azərbaycan Ordusunun apardığı gərgin döyüşlər davam edir: “Təkcə üç gün ərzində düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib və yaralanıb, 130-dək tank və digər zirehli texnikası, 200-dən artıq artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 25-dək hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqələri, 5 silah-sursat anbarı, 50-dək tankəleyhinə vasitələr, 55 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb. Dünən gedən döyüşlər ərzində Xocavənd rayonunun Şuşakənd ərazisində düşmənin 1 S-300 zenit-raket qurğusu sıradan çıxarılıb. İtirilmiş mövqeləri geri qaytarmaq üçün Madagiz istiqamətinə əlavə qüvvələr cəmləşdirən düşmən sentyabrın 30-u səhər saatlarından başlayaraq hücuma cəhd göstərib. Düşmənin bu fəaliyyətinin qarşısı alınır və onun müqavimətinin qırılması məqsədilə qoşunlarımız tərəfindən əks-həmlə əməliyyatı keçirilir. Hazırda bütün cəbhə boyu hərbi əməliyyatlar davam edir".

Dövlət başçımız: “Paşinyana “Düz yola gəl” deyəndə, anlamamağının nəticəsi də belə olmalı idi”

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 4-də xalqa müraciətəində bir daha dedi: “Məndən xahiş etmişdi ki, daxildə vəziyyət ağırdır, oradan-buradan məni sıxırlar, mənə vaxt verin, mən bu məsələni həll edəcəyəm, mən yeni fikirlərlə gəlmişəm. Mən keçmişdə nə olub hamısının üstündən xətt çəkmişəm, imkan verin, vaxt verin. Dedim yaxşı. Nə oldu? Bir ildən sonra çıxış edib deyir ki, “Qarabağ Ermənistandır”. İndi desin “Qarabağ Ermənistandır”. İndi mənə olan zənglər və zənglər əsnasında gedən söhbətlər əlbəttə ki, konfidensial xarakter daşıyır və bəzi hallarda indi soruşurlar bəs, sizin şərtiniz nədir? Mənim şərtim birdir - çıxsın bizim torpaqlarımızdan, çıxsın, qarşıdurma dayansın. Amma sözdə yox, əməldə. Desin ki, mən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən işğal edilmiş torpaqlardan qoşunlarımızı çıxaracağam, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən Azərbaycan xalqından üzr istəyirəm və desin ki, Qarabağ Ermənistan deyil. Sonuncu şərt budur ki, qrafik versin, işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəli verilsin bizə. Onda biz əlbəttə ki, atəşkəs rejimini bərpa edəcəyik. Halbuki indi şiddətli döyüşlər getdiyi zaman bunu etmək çətindir. Çünki biz dayansaq, onlar dayanmayacaq. Amma hər halda, bunun üzərində işləmək olar. Yoxsa ki, siz dayanın, onlara vaxt verin. Nəyə vaxt verək? Vaxt verək ki, güc toplasınlar? Vaxt verək ki, yenə də adam toplasınlar bizə hücum etsinlər? Bizi belə sadəlövh sayırlar bunlar? Vaxt verin ki, bunlar gəlsinlər danışıqlara. Mən nə lazımdır dedim, vəssalam!”.

Bax, budur nəticəsi. Çünki bu gün artıq boş-boş yalan, sərsəm bəyanatların verilməsi vaxtı deyil, hesabat verməyin vaxtıdır.

Vitali Arkov: “Nikol Paşinyanın erməni xalqına vəd yox, hesabat verməyinin vaxtıdır”

Rusiyalı ekspert Vitali Arkov Paşinyanın belə sənədlərlə bağlı açıqlamasını verdiyi vədlərin nəticəsiz olduğunu ört-basdır etmək məqsədi güddüyünü bildirir: “Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda verdiyi bəyanatlarla qəsdən Azərbaycanı müharibəyə təhrik edərək işğalçıdan dönüb məzluma çevrilmək istəyirdi. N.Paşinyan ölkədə iqtisadiyyatın çökdüyü bir vaxtda öz reytinqini bərpa etmək təlaşında və iqtisadi sahədə möcüzə yaratmaqda istəyində idi, amma artıq nağıl danışmağın vaxtı çoxdan itib. Və bu gün erməni xalqının qazancı boş sözlər, ən dəhşətlisi də Dağlıq Qarabağdan gələcək minlərlə tabut, minlərlə də şikəst olacağı idi. Artıq Nikol Paşinyanın erməni xalqına vəd yox, hesabat verməyinin vaxtıdır. «Qarabağ Azərbaycandır! Nöqtə»-nin erməni xalqına vurduğu ziyanın hesabatının verməyinin vaxtıdır”.

Bəli, “Qarabağ Ermənistandır”nöqtə”-nin…

Azərbacan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının dediyi kimi: “Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!»

Odur ki, artıq Nikol Paşinyanın erməni xalqına vəd yox, hesabat verməyinin vaxtıdır.

Bu gün Ermənistanın məhv olması göz önündədir. Və quldur, faşist xislətli Nikol Paşinyanın terrorçuluq siyasətinin aqibəti isə bundan da pis olacaq. Qoy bunu erməni xalqı nə qədər gec deyil anlasın.

A.SƏMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə