Ermənistan daxili qisas, intiqam kolizeyinə çevrilib TƏHLİL

İşğalçı ölkədə, elə bu işğalçılıq sıyasəti səbəbi ilə gənclərin, ələlxüsus 18-20 yaşlı yeniyetmələrin ölümünə görə dəli olmaq dərəcəsindəki əsgər analarının matəm əhval-ruhiyyəsi hökm sürür. Özü də haqlı olaraq. Gec də olsa dərk edirlər ki, axı balalarının özgə torpaqlarında nə işi var idi? Bu qədər gənci, yeniyetməni qırğına vermək hansı amal uğrundadır? Hansısa utopik ideyaların, dırnaqarası “Böyük Ermənistan” adlı xülyalarının, daha doğrusu xəstə təxəyyülün əsrlərdir ki, hay mənsublu gənclər, orta və yaşlı nəsillər qurbanına çevrilib.

Nikol Paşinyan kimiləri də, onun arvadının, qızının timsalındakı yaxın ətrafı da bu xəstə təxəyyüldən sui istifadə edərək biri hakimiyyətini qoruyur, digərləri də heç vaxt görmədiyi günləri görür və hər biri məhz bu baxımdan həmin axmaq, xəstə təxəyyülün hələ çox dövriyyədə qalmasına maraqlıdırlar. Əks halda, bu qədər məğlubiyyətin, hərbçi kimi formalaşmış erməni əsgərlərinin tamamilə qırılıb yoxa çıxması fonunda Ermənistan hakimiyyəti tamamilə naşı, hərbi məsələlərdən, silahla davranmaqdan belə məlumatsız kantingentə müraciət edib son nəfərinə qədər qırğına verməyə qalxmazdı.

Bu müharibəyə niyə və necə girildiyi, buraxılan səhvlər, ümumiyyətlə səhv yürüdülmüş işğalçılıq siyasəti, verilən qurbanlar, yeniyetmələrin, indi də bütün hay əsillilərin qırdırılması hesabat tələb edən məsələlərdir və Ermənistanın nəinki indiki, elə bütün dövlər ərzindəki hakimiyyətləri bu cavabdehliyi daşıyır, məsuliyyətdən də boyun qaçıra bilməyəcək. Hesab gününə qədər əcəlləri ilə ölsələr belə ruhları lənətə tuş gəlmiş olacaq. Qəsb, işğal, qarət yolu ilə torpaq ələ keçirib “vətən” adlandırmaq kimi anormal düşüncə, qüsurlu baxış bəzən hay əsilli axcilərin belə hiddətinə tuş gəlir və balaları mənasız yerə qırğına verilənlərin əlindəcə bu xəstə təxəyyüllülər və bundan istifadə edən paşinyankimilər didilib parçalanacaq.

Hazırda Ermənistan hökumətində açıq şəkildə narahatlıqlar, həyəcan, qorxu və hətta stres hiss olunur. Heç şübhəsiz ki, bu əbəs yerə deyil. Çünki, həmişəkindən fərqli olaraq bu dəfə erməni “başbilənləri” yeni torpaq ələ keçirib, vətən adlandırdıqları özgə torpaqlarında məskunlaşma ərazilərini böyütdüklərini elan edə bilmirlər. Bu arzularını da onların ürəyində qoyan, çirkin niyyətlərini reallaşmağa qoymayan şanlı Azərbaycan Ordusu, əsgər və zabitlərimiz, vətənimizin şərəfli, cəsur oğullarıdır. Azğınlaşmış, qudurmuş işğalçı tərəfə öz yeri bizim tərəfimizdən göstərildi və bildirildi ki, onların pozulmuş psixologiyalarına, beyinlərinə yeridilən həmin o utopik ölkə, “Yekəpər Ermənistan” onların sonunu gətirib.

Nikolun hakimiyyət çevrilişi ilə hakimiyyəti qamarladığı andan bu günə dəqər ancaq repressiya, hədə, intiqam strategiyası ortadadır və başqa bircə dənə də mahiyyət görünmür. İndi onun ətrafındakılar həmin strategiyaya aid ritorika ilə danışır. Bəzən hədə də kəsilir ki, guya müharibədən sonra kimlərə isə, nə isə tətbiq olunacaq. Məsələn, ilk tərcümeyi-halı, “karyerası” 2018-ci ilin aprelindən, yəni elə küçə nümayişçisinin hay-küyü ilə eyni dövrdən başlayan, hakim “Mənim addımım” partiyasından olan millət vəkili Kristina Paqosyan “fəaliyyət müstəvisəinə” uyğun şəkildə küçənin asfalt döşəməsinə uzanaraq aqressiv şəkildə onlara qoşulmayan hər kəsə, eləcə də jurnalistlərə hədə kəsirsə, “gözləsəniz, müharibədən sonra melodiyanızı görəcəksiniz”, deyə barmaq silkələyirsə, bu ölkənin hakim dairəsinin mahiyyəti bəllidir. Amma sözarası nəzərlərinə çatdıraq ki, onların buna imkanı, şansı olmayacaq, çünki, cəbhə xəttində hər birinin taleyini Azərbaycan Ordusu, əsgərlərimiz təyin edir.

Məsələ burasındadır ki, intiqam hissi, qisas susuzluğu yalnız Nikol Paşinyanın komandasında deyil, ailəsində də var. Paşinyanın “hiperaktiv” qızı Məryəm Paşinyan bu mənada özünü, öz hislərini ən aktiv şəkildə biruzə verir. "Bizə dəstək olan insanları da, dəstək verməyən insanları da heç vaxt unutmayacağıq", deyən bu qız birbaşa hədə kəsir, atasının qisas planlarını da gizlətmir və özünün də bu hiss ilə yaşadığını ortaya qoyur. İndi erməni cəmiyyətində atası ilə yanaşı bu qıza da antipatiya var, onun silah əlində selfi çəkdirib son erməni dığasını ölümə səsləyən və sürükləyən anasına da. Bu antipatiyanın fonunda sual olunur ki, niyə bu qızın atası istər diplomatik, istərsə də hərbi müstəvidə Azərbaycana uduzur? Ermənistan ictimaiyyəti hakim dairənin, Paşinyan rejiminin, komandasının məğlubiyyəti fonunda daxili auditoriyanın belə hədə ilə hədəfə alınmasını çox nifrət hissi ilə qarşılayır. Çox güman ki, Nikol Paşinyan özü də daxili auditoriyaya nifrət, qisas hissi səbəbindən öz vətəndaşlarını qırğına sürükləyir və bu onun son şansı hesab oluna bilər. Artıq Ermənistan daxili qisas, intiqam kollizeyinə çevrilib. Çünki, Azərbaycan Ordusunun ona başqa bir fürsət verməyəcəyini, Azərbaycanın qələbəsi ilə müharibə bitdikdən sonra qisası məhz ermənilərin özləri Paşinyandan, onun komandasından alacağını yaxşı başa düşür.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə