Azərbaycanda keçiriləcək “Eurovision-2012” üçün hazırlıqlar başlandı

Azərbaycanda keçiriləcək “Eurovision-2012” üçün hazırlıqlar başlandı
Dünən Almaniyanın Düsseldorf şəhərində keçirilən "Eurovision-2011"-in final mərhələsindən dərhal sonra kəçirilən mətbuat konfransında müsabiqənin icraçı produseri Jan -Ola Sand Azərbaycanı qalibiyyət munasibəti ilə təbrik edib. SİA-nın məlumatına görə, Jan-Ola Sand "Eurovision-2012" mahnı müsabiqəsinin şərtlərini Azərbaycan nümayəndə heyətinin rəhbəri Adil Kərimliyə təqdim edib.

O, Azərbaycanda Avropanın çox bəyənəcəyi bir yarışmanın keçiriləcəyinə əmin olduğunu bildirib. Nümayəndə heyətinin rəhbəri Adil Kərimli təbrikə görə Avropa Yayımları Birliyinə təşəkkür edib. O, Azərbaycanın bundan da gözəl bir yarışma təşkil edəcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə