Sorosun “Troya atları" Azərbaycanda

Ermənilərə xidmət edən şəbəkə və onun toruna düşənlər xalqımıza və dövlətimizə zərər vurmağa çalışır

Azərbaycanın hərbi, siyasi və infrmasiya cənhəsində əldə etdiyi qələbələr bəzi qüvvvələri- daha dəqiq desək 5-ci kolonu və onun ağalarını narahat edir. Agentləri Ermənistanda hakimiyyətdə olan Sorosun Azərbaycanda da adamları var və onlar müxalifət adı altında pərdələniblər. İndi Azərbaycanın arıdıcıl qələbələrindən sonra Sorosdan onlara tapşırıq gəlib ki, təcili olaraq informasiya və təbliğat kampaniyası aparın ki, xalqın hakimiyyətlə birliyi alınmasın, qonşu ölkələrlə problemlər yaransın.

1 aya yaxındır ki, İrandan, Gürcüstandan, Rusiyadan Ermənistana guya silah texnika daşınması ilə bağlı bu qrupun heç bir fakt sübut qoymadan yazıb tökdüyü cəfəngiyyatlar ən yüksək səviyyədə təkzib olundu. Azərbaycan Prezidenti ölkəmizi və xalqımızı qonşu ölkələrlə düşmən etməyə, xalqımızda qorxu, düşməndə isə inam yaratmağa çalışan və bununla da ermənilərə xidmət edən qruplaşmanın dərsini verdi.

Biz yox, Ermənistan bütün qonşularla düşməndir, məhz bu səbəbdən müharibə başlayandan sonra hamısı Ermənistanla quru və hava sərhəddini bağladı və işğalçı ölkə blokadaya düşdü.

Bizim isə bütün qonşularla yaxşı münasibətlərimiz və əla əməkdaşlığımız var. Ona görə də bütün 4 qonşu- Rusiya da, İran da, Türkiyə də, Gürcüstan ən yüksək səviyyədə verilən bəyanatlarla bizi dəstəklədi. Bu isə uzun illər aparılan çox effektiv xarici siyasətin və uğurlu iqtisadi əməkdaşlığın əyani nəticəsidir.

Ərəbistan sərhəddində yerləşən bölgədə su probleminə görə yolu kəsib təkər yandıran camaatı göstərib, ya da İran daxilində hərəkət edən hərbi texnikanın fotosunu yayıb "İrandan Ermənistana keçən hərbi texnika aparan maşınları yandırdılar" deyə xəbər vermək, ya da "Kafkaz 2020" hərbi təlimlərində iştirak edəndən sonra Ermənistana qayıdan erməni maşınlarını göstərib "Rusiya Ermənistana İrandan silah göndərir" yazmaq, Türkiyə üzərindən keçib Yerevana gələn dava dərman yüklü Fransız təyyarəsini göstərib "Avropadan Türkiyə vasitəsilə ermənilərə kalan silah gəlir" deyə bəyan etmək, Mahaçqalada qatarla gedən hərbi texnikanı göstərib "bu texnikalar Ermənistana gedir demək" (belə çıxır ki Azərbaycan öz ərazisindən Ermənistana bir uzun qatar hərbi texnika keçirir ki, ermənilər onların vasitəsilə əsgərlərimizi öldürsünlər- bu artıq konkrer olaraq dövlət rəhbərlərini xəyanətdə ittiham etməkdir) konkret dövlətə və xalqa qarşı təxribatdır.

Bəziləri səmada uçmaqda olan təyyarə xətlərinin şəklini qoyub iddia edirlər ki, bəs Suriya ordusunun Ermənistana köməyə xüsusi təyinatlı batalyonları gəlir. Ay bala, sənin heç Suriyadan xəbərin varmı? Sorada 10 ildir müharibə gedir, milyonlarla adam ölüb ordunun yarıdan çoxu məjhv olub, Suriya ordusu özü əsgər axtarır döyüşməyə o da ola xüsusi təyinatlı.

Demək burada 2 variant ola bilər- ya bu xəbərləri yayan adam erməni agentidir, ya da ibtidai təhsil və dönyügörüşü də yoxdur. Əslində isə, xəbəri yaradan düşmən agenti, bilməyib yayanlar isə savadsız şəxslərdir.

Bu məlumatları yayan şəbəkələr yalnız bir məqsədə xidmət edir- Azərbaycanda qorxunu, ermənilərdə isə inamı gücləndirməyə, qonşu ölkələri Ermənistanla dost, Azərbaycanla düşmən etməyə. 80 faiz hallarda bu xəbərləri erməni şəbəkəsi, 20 faiz halda isə Amerikan agenturası yayır. Hər iki şəbəkənin başı bir mərkəzə bağlıdır. Bu şəbəkə savadsız kütləni əllərində oyuncaq kimi oynadırlar və pulsuz işlədirlər özlərinə.

Ona görə də, feysbuk səhifələrinə və küçə saytlarına heç vaxt inanmayın. Yadda saxlayın ki, sosial şəbəkədə yayılan məlumatların azı 90 faizi yalan, saxta, qərəzli və məqsədli olur.

Dövlətimizin mövqeyini, onun siyasətini, ölkəmizlə bağlı prosesləri rəsmi şəxslər bəyan edir və həyata keçirir, İP dalınca qaçan küçə saytları və ya layk dalınca qaçan səhifələr ya da xarici agentura şəbəkəsi yox.

Bunlar yalnız savadsız kütləni aldada bilərlər. “Abrazavonski” adamlar belə tələlərə düşməz. Ümumiyyətlə hər hansı bir məlumat görəndə dərhal mənbə tələb edin, verməsə onunla bağlı müvafiq orqanlara şikayət edin. Cəbhə xəttindən videolar və hərbi sirr sayılacaq materialları yayanları ifşa edək. Troya atlarını zərərsizləşdirməliyik.

Sonda onu da xatırladım ki, bütün bu prosesləri DTX ciddi şəkildə nəzarətdə saxlayır və belə dezinformalar yayan, təxribatlar yaratmağa çalışanların hər biri buna görə cavab verəcək. Tezliklə daxili düşmənlər haqda ciddi tədbirlər görüləcək. Vətən xainləri və satqınlar həmişə öz cəzasına çatıblar və çatacaqlar.

Xəbəriniz olsun yəni.

Özü də sizə bir "sirr" açım- qanunu bilməmək məsuliyyətdən azad etmədiyi kimi, bilmədən zərər vurmaq da azad etmir. Yəni, bunu bilərəkdən edənlərdən başqa, bilməyərəkdən edənlər də məsuliyyət daşıyacaq.

Ona görə də etibarlı olmayan, fakta, sənədə əsaslanmayan mənbələrə güvənməyin. Savadsızsınızsa, bu sizin probleminizdir, xalqın və dövlətin yox, çünki bizdə orta təhsil pulsuzdur.

Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...