Avropa İttifaqı Ermənistan ordusunun Gəncə şəhərinə raket hücumunu pisləyib

Avropa İttifaqı oktyabrın 17-də gecə Azərbaycanın Gəncə şəhərinə həyata keçirilmiş, mülki insanların həlak olması və yaralanması ilə nəticələnmiş hücumu pisləyib.

SİA xəbər verir ki, Avropa İttifaqının bununla bağlı açıqlamasında hər hansı tərəfin mülki şəxslərin və obyektlərin hədəfə alınmasına son qoymalı olduğu bildirilir.

Qeyd olunur ki, oktyabrın 10-da əldə edilmiş atəşkəs razılaşmasına hörmət edilməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...