Canlı qüvvə çatışmazlığından Ermənistan qadınları döyüşə aparır

"Sərhədləri qorumaq istəyən qadınların sayı artır". SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Arsrun Ovannisyan deyib.

Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Arsrun Ovannisyan cəbhəyə getmək istəyən qızlar barədə Facebook səhifəsində yazıb.
Xatırladaq ki, 27 sentyabr tarixindən etibarən, Ermənistan tərəfinin silahlı təxribatlarına cavab olaraq Azərbaycan Ordusu işğalçı dövlətin zəbt etdiyi ərazilərdə antiterror əməliyyatlarına başlayıb. Rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə artıq işğal altında olan Azərbaycan ərzilərinin bir hissəsini işğaldan azad edib. Qeyd edək ki, düşmən Ordumuzun, qüdrəti, xalqımızın milli ruhu qarşısında duruş gətirə bilmir, ölkə başçısı, Cənab Prezident İlham Əliyevin siyasi iradəsi qarşısında məğlubiyyətlərinin qaçılmaz olduğunun fərqindədir və yenə də təxribatlar aparmağa davam edir, döyüş bölgələrindən aralı olan yaşayış yerlərini, mülki əhalinin məskunlaşdığı yaşayış məntəqələrini artilleriya atəşinə tutur. Məhz bu baxımdan, xilaskar Azərbaycan Ordusu torpaqlarımızın, Azərbaycan torpaqlarının təxribatçılardan, terrorçulardan, separatçılardan təmizlənməsi əməliyyatını davam etdirir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə