Hikmət Hacıyev: "Muzdlu cəlb etmək cinayət olduğu üçün Azərbaycana qarşı irəli sürülən hər hansı bir ittiham əsassızdır"
Ermənistandan fərqli olaraq, Azərbaycan muzdluların qəbuluna, istifadəsinə, maliyyələşdirilməsinə və təliminə qarşı 1989-cu il Konvensiyasına 1997-ci ildə qoşulub.
SİA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "Twitter" səhifəsində yazıb:
"Azərbaycan qanunlarına (Cinayət Məcəlləsi) əsasən, muzdlu cəlb etmək cinayət olduğu üçün Azərbaycana qarşı irəli sürülən hər hansı bir ittiham əsassızdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB