Avia.pro: “Azərbaycanın dron kamikazdesi Ermənistan ordusunun “İsgəndər”ni məhv edib” İDDİA
“Bu gün Azərbaycanın dron-kamikadzesi ən azı Ermənistanın silahlanmasında olan bir “İsgəndər” operativ-taktiki raket kompleksini (OTRK) məhv edib”. SİA xəbər verir ki, bu barədə Avia.pro aviaxəbər portalı yazır.
Portal yazır ki, söhbət böyük ərazidə yerləşdirilmiş üç operativ-taktiki raket komplekslərindən gedir ki, onların arasında bir “Toçka-U” və iki “İsgəndər” var.
Portalın yazdığına görə, dron vasitəsi ilə əldə edilmiş fotoşəkillərə nəzər salarkən, söhbətin həqiqətən də “İsgəndər” OTRK-dən getdiyi görünür və Ermənistanın onu ilk dəfə istifadə etmək cəhdi kompleksin itkisi ilə nəticələnib.
“Açıq mənbələrin məlumatlarına görə, Ermənistan silahlı qüvvələrinin 4 ədəd “İsgəndər” kompleksi var”, deyə portal qeyd edir.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB