“Rusiya rasional davranacaq və Ermənistana lazımi cavabı verəcək" Baş müşavir İgid Bulud

“Rusiya rasional davranacaq və Ermənistana lazımi cavabı verəcək" Baş müşavir İgid Bulud

"Ermənistanın təxribatlarında bir məntiq tapmaq asan deyil". SİA xəbər verir ki, bu sözləri Türkiyə Prezidentinin Baş müşaviri İgid Bulud söyləyib.

Onun sözlərinə görə, Ermənistanın etdiklərinin arxasında məntiqli bir şeyin olması mümkün deyil və Azərbaycanın hərbi cəhətdən bu işğalçı ölkədən çox üstündür, eləcə də ölkəsinin müdafiə sənayesi də fərq yaradır.

"Rusiyanın addımı çox əhəmiyyətlidir. Moskva Qərbə qarşı dirəniş göstərən Türkiyəni tam dəstəkləməlidir. Biz Prezident Rəcəb Tayyib Ərdoğanın sayəsində Türkiyə olaraq Rusiya ilə çox əhəmiyyətli addımlar atmışıq.
Düşünürəm ki, Rusiya rasional davranacaq və Ermənistana lazımi cavabı verəcək", deyə İgid Bulud bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə