Azərbaycandakı xarici diplomatlar Gəncədədir

Azərbaycandakı xarici diplomatlar Gəncədədir

Xarici ölkələrin Azərbaycandakı səfirləri, hərbi attaşelər, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Gəncəyə səfər edib.

SİA-nın məlumatına görə, diplomatları Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Səfərin məqsədi diplomatları Ermənistanın günahsız mülki insanlara və kritik enerji infrastrukturuna qarşı həyata keçirdiyi raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə tanış etməkdir.

Diplomatlar daha sonra Mingəçevirə gedəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə