Uğurlu hərbi əməliyyatlar düşmənin danışıq ritorikasını dəyişdirdi - ŞƏRH ÖZƏL

Uğurlu hərbi əməliyyatlar düşmənin danışıq ritorikasını dəyişdirdi - ŞƏRH ÖZƏL

"Azərbaycanın sentyabrın 27-dən keçirməyə başladığı əks hücum əməliyyatları bir çox məslələlərə aydınlıq gətirdi. Birinci onu qeyd etmək lazımdır ki, bu gün Azərbaycanın güclü ordusu var. Həm də dünya gördü ki, üstündən 30 il keçməsinə baxmayaraq xalqımız torpaqlarımızın işğal altında qalması ilə barışmayıb və lazım gələndə hamı ordunun sıralarında ola bilir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan hərbi əməliyyatlar düşmənimizin danışıq ritorikasını dəyişdirdi. Uğursuzluğa düçar olunmuş Paşinyan dünya liderlərin qapılarında yalvararaq Azərbaycanı danışıqlara gəlməsi üçün diz çökdü". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Azər Badamov deyib.

Onun sözlərinə görə, ikincisi o oldu ki, indi danışıqların şərtlərini biz diktə edirik və Paşinyan bütün tələblərimizi qəbul etməyə məcburdur: "Cənab Prezidentin qeyd etdiyi kimi, "Nəyin nə vaxt etmək lazım olduğunu biz yaxşı bilirik". Bütün müharibələr sülh danışıqlarla masa arxasında başa çatıb. Bu, prezident İlham Əliyevin Paşinyana verdiyi son şansıdır. İndi biz müvəqqəti humanitar atəşkəsə razılaşdıq. Amma bu o anlama gətirməməlidir ki, danışıqlar prosesi imitasiya olunsun. İmzalanmış birgə bəyənatdan da göründüyü kimi, danışıqların formatı dəyişməz qalır, baza prinsiplərinə əsaslanmış substantiv danışıqlara tez bir zamanda başlanmalıdır. Baza prinsipləri isə sadə dildə işğalçının hərbi qüvvələrinin mərhələli şəkildə torpaqlarımızdan çıxarılması deməkdir".

Azər Badamov vurğulayıb ki, biz müharibəni sivil qaydada aparırıq: "Beynəlxalq hüquqa və normalara həmişə hörmətlə yanaşmışıq. Bu da bizim düzgün və humanist siyasətimiz olduğunu göstərir. Amma bu dəfə biz Paşinyana müvəqqəti razılaşmadan sui istifadə etməyə imkan verməyəcəyik. Hərb meydanında məğlub olunmuş Ermənistanın iqtisadiyyatı tam çöküb. Azərbaycanın müzəffər ordusu Ermənistanın 30 ildə yığdığı hərbi arsenalını məhv edib. 12 günlük müharibənin vurduğu ziyanını aradan qaldırılması üçün Ermənistana 10 illər lazım olacaqdır. Ona görə də Paşinyan ağlını başına yığaraq tez bir zamanda Ermənistan hərbi qüvvələrini Azərbaycanın torpaqlarından çıxarılmalıdır. Danışıqların əsas məzmunu tezliklə Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır. Minsk Qrupunu bu istiqamətdə daha məsuliyyətlə yanaşaraq tez bir zamanda Ermənistanı hərbi qüvvələrini torpaqlarımızdan çıxarılmasına məcbur etməli və regionda sabitliyi bərpa etməlidir. Əks halda rəşadətli ordumuz öz müqəddəs işini davam etdirəcəkdir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə