Konsul: "Ermənistan artıq bütün hərbi-siyasi qanunları pozub" - AÇIQLAMA
"Dinc sakinləri hədəfə almaqla Ermənistan bütün beynalxalq qanunları və prinsipləri kobud şəkildə pozur". Bu fikirləri SİA-nın bölgə müxbirinə Türkiyənin Gəncə şəhərindəki Baş konsulu Zəki Öztürk bildirib.
Diplomat qeyd edib ki,düşmənin yaşayış yerlərinə raket atması Azərbaycan ordusunun cəbhədə qazandığı uğurların göstəricisidir. "Azərbaycan döyüş meydanında uğurlar əldə etdikcə düşmən müharibəni başqa istiqamətlərə çəkir və dinc əhalini hədəfə alır. İnşallah bütün bu təxribatların cavabını Azərbaycan ordusu ön xəttə verir və verəcək. Türkiyə olaraq Azərbaycanın bu haqq savaşında yanındayıq və yanında olacağıq" - deyə diplomat bildirib.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB