Ermənistan Azərbaycanın bütün tələblərini qəbul etməlidir - Türkiyə PA
Hələ ki gec deyil, Ermənistan Azərbaycanın bütün tələblərini qəbul etməlidir. Bunu SİA-ya Türkiyə Prezident Administrasiyasından bildiriblər.
Qeyd olunub ki, Azərbaycanın bütün tələblərinin qəbul olunması ilk növbədə erməni xalqının xeyrinədir: “Azərbaycan Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasını tələb etməklə beynəlxalq hüquqa əməl edir”.
Administrasiyadan bildiriblər ki, Ermənistan rəhbərliyi cəzasızlıq və dünya ictimaiyyətinin susqunluğuna arxalanaraq öz xalqını məhv edir: “Azərbaycan hakimiyyəti dəfələrlə bəyan edib ki, dinc sakinlərlə döyüşmür. Amma Ermənistan qoşunları Azərbaycanın dinc əhalisini artilleriya atəşinə tutur ki, bu da hərbi cinayətdir”.
O da qeyd olunub ki, Türkiyə dünya ictimaiyyətini öz ərazisində azadlıq mübarizəsi aparan Azərbaycana qarşı ikili standartların tətbiqini dayandırmağa çağırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB