Paşinyanın BMT TŞ-nin qəbul etdiyi 4 qətnamədən xəbəri yoxdur - ŞƏRH ÖZƏL
"Atalar məsəli var: ,, Deyirlər ki, danış deyim kimsən”. Paşinyanın BBC-yə müsahibələri onun kim olduğunu bütün dünyaya göstərdi. Paşinyan avqust ayındakı müsahibəsində ingilis dilini zəif bildiyindən özünü gülünc vəziyyətə salmışdı. İndi isə ermənicə müsahibə verməklə keçən dəfəki biyabırçılığı ört-bastır etmək istəsə də, savadsızlığı və dar düşüncəsi ilə yenə özünü gülünc vəziyyətə saldı". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Azər Badamov deyib.
Onun sözlərinə görə, Paşinyan elə bilmişdi ki, küçələrdə etdiyi pafoslu çıxışları ilə dövləti idarə etmək asandır: "Dövləti idarə etrmək üçün dərin hüquqi biliklərə, təcrübəyə və gələcəyi düşünmək bacarığına malik olmaq lazımdır. Paşinyanda bunların heç birisi yoxdur. Onun sərsəm bəyanatları münaqişənin həlini danışaqlar yolu ilə həllini heçə endirib və Azərbaycanı öz haqq işini öz hərbi gücü ilə bərpa etməsinə məcbur edib. Paşinyan müsahibəsində Artsax erməni torpağıdır və orada yaşayanların 80%-i ermənilərdir deməsi onun danışığın başdan – ayağa yalan üzərində qurulduğunu göstərir".
Deputat bildirib ki, Dağlıq Qarabağın bütün toponimləri və mədəni- tarixi abidələri göstərir ki, ora Azərbaycan torpağıdır və bu gün tarixi ədalət bərpa edilir: "Sonra da jurnalistin konkret ünvanını göstərən sualların qarşısında aciz qalan Paşinyan sualdan yayınmaqla özünü gülünc vəziyyətə saldı. Bu adamın heç BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədən xəbəri belə yoxdur və hətta bu qətnamələri qəbul etmiş təşkilatın adını düzgün ifadə edə bilmir. Bu da onun çox savadsız olduğunu göstərir".
A.Badamov vurğulayıb ki, BMT TŞ-nın qətnamələrində işğalçı ölkənin hərbi birləşmələrin Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarılması və ərazi bütövlüyünün təmin olunmasının tələb olunduğu halda erməni rəhbərliyi bu illər ərzində sərsəm bəyanatlar səsləndirməklə vəziyyəti daha da gərginləşdirib. "BMT TŞ-nın qətnamələrin icrasını həyata keçirmək üçün mandata sahib ATƏT-in Minsk Qrupu da bu illər ərzində konkret heç bir iş ortaya qoya bilməyib. Məhz Paşinyanın sərsəm bəyanatları və yeni torpaqların işğalı üçün yeni müharibə anonsları ilə mütəmadi təxribatların törədilməsi müharibəni labüd etmişdir. Bu gün Azərbaycan öz haqq işini görür, pozulmuş hüquqları və ədaləti bərpa edir. Cənab Prezidentin qeyd etdiyi kimi Qarabağ Azərbaycandır! Qələbə bizimlədir!".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB