Ermənistanda gündə 400-dən çox koronavirusa yoluxma hadisəsi aşkarlanıb. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Facebook səhifəsində informasiya yer alıb.
İsformasiyaya əsasən Ermənistanda 6 oktyabr tarixinə təsdiqlənmiş 53.083 koronavirus hadisəsi qeydə alınıb. Həmçinin qeyd olunur ki, gün ərzində koronavirus infeksiyasına yeni yoluxma hadisələrinin sayı 406 olub. Nəzərə çatdırılır ki, bir gün əvvəl COVID-19-dan 6 nəfər ölüb. Eyni zamanda bildirilir ki, sözügedən xəstəlik səbəbindən bu vaxta qədər 990 nəfər dünyasını dəyişib.
Ermənistan Səhiyyə Nazirliyinin Facebook səhifəsində hal-hazırda işğalçı ölkədə 6 859 koronavirus xəstəsinin olduğu qeyd olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB