Ağsaqqallar Şurası Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

Ağsaqqallar Şurası Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

Azərbaycan Ağsaqqallar Şurası ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan rəşadətli Ordumuza dəstək olmaq üçün Silahlı Qüvvələrə Yardım Fonduna 60 min manat vəsait köçürüb.

Bu barədə SİA-ya Azərbaycan Ağsaqqallar Şurasından məlumat verilib.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə