Gəncədə çoxmərtəbəli binaların dam örtükləri yenilənir

Gəncədə çoxmərtəbəli binaların dam örtükləri yenilənir

Gənə şəhərində çoxmərtəbəli binaların dam örtüklərinin yenilənməsi işlərinə başlanılıb. Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin göstərişinə uyğun olaraq işlər sürətləndirilib. Gəncə Şəhər Mənzil-Kommunal İstehsalat Birliyinin baş mühəndisi İsmayıl Daşdəmirovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, 40-a yaxın binanın dam örtüyü tamamilə yenilənib. Ümumilikdə il ərzində 120-dək binanan tam örtüyünün yenilənməsi nəzərdə tutulur.

"Artıq siyahı hazırlanıb. Siyahıya uyğun olaraq Gəncə şəhərində mövcud olan 300-dən artıq çoxmərtəbəli binanın dam örtükləri tam yenilənəcək. Bir sözlə desək yaxın müddət ərzində bütün binaların dam örtükləri yeniləri ilə dəyişdiriləcək", - İ. Daşdəmirov deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə