Ermənilər bu cür dalana dirənib: xarici ölkələrdən"döyüşməyə" adam axtırırlar İSTEHZA

Ermənilər bu cür dalana dirənib: xarici ölkələrdən"döyüşməyə" adam axtırırlar İSTEHZA

İşğalçı Ermənistanın hərbi gücləri və texnikası tükənir və bunu düşmən KİV-lərində gedən müxtəlif "çağırış" xarakterli yazılarda da görmək mümkündür. Bu, eyni zamanda, daha bir faktı təsdiq edir - artıq çöldə 90-cı illər deyil və müasir, güclü Azərbaycan Ordusunun zəfər yürüşünün qarşısını heç bir qüvvə, hətta erməni lobbisi də ala bilmək gücündə deyil. Əbəs deyil ki, xarici ölkələrdə yaşayan imkanlı ermənilər də əllərini Azərbaycanın əzəli və əbədi torpaqlarından üzüblər. Hətta bir neçə gündür ki, Ermənistanda başladılan növbəti dilənmə kampaniyası istənilən nəticəni vermir və fiaskoya uğrayır.

Biz bu reallığı daha bir tərəfdən - ermənilərin müxtəlif ərəb ölkələrindən gətirdikləri muzdlu PKK və s. terror qruplarının Qarabağdakı savaşa cəlb olunmalarında da görməkdəyik. Lakin onlar da ermənilərə heç bir yardım, dəstək göstərə bilməyərək, şanlı Silahlı Qüvvələrimiz tərəfindən məhv edilməkdədirlər. Görünür, bu səbəbdən ermənilərin ictimai-siyasi xadimləri ciddi təlaşlar keçirməklə yanaşı, artıq Qarabağın onlara aid olmadığının fərqinə varmağa başlayıblar və son nəfəslərini verirlər. Xüsusilə, KİV-lərində xarici ölkələrdə yaşayan ermənilərin Qarabağa gələrək, öz təbirlərincə "müqəddəs müharibəyə" qatılmalarını yalvarırlar. Amma unudurlar ki, bu müharibə müqəddəsdir, fəqət onlar üçün deyil, Azərbaycan üçün!

Yeri gəlmişkən, SİA-nın məlumatına görə, daha bir istehza yaradan məsələ ondadır ki, ermənilər armenianreport-da "Biz hamımız Monte Melkonyanıq: bütün dünya erməniləri "Artsaxda" (Qarabağda-red.) müqəddəs müharibəyə qatılmalıdırlar" sərlövhəli yazı ilə çıxış ediblər. Ancaq unudublar ki, torpaqlarımızın işğalında iştirak etmiş, azərbaycanlıları qətlə yetirmiş Melkonyanı məhz Azərbaycanın şanlı əsgərləri məhv ediblər. Görünür, həmin çağırışa səs vermək heç də ermənilərin marağında deyil, çünki onlar da terrorçu Monte Melkonyan kimi Azərbaycan torpaqlarında ölmək istəməzlər və istəmirlər. Bu baxımdan, bənzər çağırışların heç br əhəmiyyəti yoxdur və olmayacaq!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə