“Makronun sərsəm bəyanatı Paşinyanın həyasız bəyanatlarına dəstək idi” RƏY-ÖZƏL

“Makronun sərsəm bəyanatı Paşinyanın həyasız bəyanatlarına dəstək idi” RƏY-ÖZƏL

“Paşinyanın Azərbaycanın döyüş zəfərlərindən yetərincə narahat olduğu açıq aydın ortadadır. Çünki Azərbaycan başladığı bu haqq savaşında geri addım atan deyil. Bunu anlayan Ermənistan bütün variantlardan istifadə edərək bizi dayandırıb danışıqlar masasına əyləşmək istəyir”. Bunu “Səs” qəzetinə açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov deyib.

Onun sözlərinə görə, "Rossiya 1" telekanalının "60 dəqiqə" verlişində Cənab Prezidentin xronoloji ardıcıllıqla, siyasi lider olaraq etdiyi möhtəşəm çıxış doğrudan da ermənilərin bütün çirkin əməllərini bir daha dünya ictimaiyyəti qarşısında sübut etdi: “Verlişin aparıcıları və qonaqların da belə Cənab Prezidentin dedikləri qarşısında arqumentləri qalmadı. Doğrudan da qürur hissi ilə qeyd edirəm ki, Cənab Prezident bu çıxışı ilə ermənilərin Azərbaycana qarşı apardıqları işğalçılıq siyasətini tam sübut etməklə eyni zamanda, xalqının layiqli lider və qətiyyətli Ali Baş Komandan olduğunu bütün dünyaya bəyan etdi. Cənab Prezidentin çıxışından sonra Ermənistanın baş naziri Nikol Paşinyan özünü itirmiş halda rabitəsiz və siyasətçiyə yaraşmayan səviyyəsiz fikirlər söyləməyə başladı. Təbii ki erməni xislətindən irəli gələn həyasızlıq, şər, böhtan və nəhayət kimdənsə yalvarışla kömək istəmək üzərində qurulan bu səviyyəsiz çıxışında Paşinyan özünü Ermənistanın lideri kimi beynəlxalq ictimaiyyət və əminliklə deyə bilərəm ki elə öz xalqının gözündə də rüsvay etdi”.

A.Xəlilov bildirib ki, Paşinyan küçədən hakimiyyətə gəldiyini küçə söhbətlərini eləməklə sübut etdi: “Çıxışında feyk məlumatlara əsaslanan və sübut olmayan ara söhbətləri etməklə bu insan baş nazir səviyyəsində deyil bazar alverçisi kimi çıxış etdi. Yalan və şərdən istifadə edən Paşinyan ancaq bunun sayəsində keçmiş və indiki havadarlarını Azərbaycana qarşı təzyiq etmələrini düşünürdü. Hesab edirəm ki, onun bu düşüncəsi etdiyi səviyyəsiz çıxışla iflasa uğradı. Dünya bu gün Azərbaycanın haqlı mövqeydə olduğunu bilir. İkili standartlar olsa belə Azərbaycanın bu gün atdığı addımların haqlı olduğu başa düşülür. Lakin bəzi güclü Qərb dövlətlərinin və nüfuzlu Beynəlxalq təşkilatların tutduğu mövqe bu gün qəbul edilməzdir. Onlar başa düşməlidir ki, bu gün işğalçı Ermənistanın tərəfini saxlamaqla dünyanın ədalət prinsiplərini kobudcasına pozurlar. Fransanın prezidenti Makronun sərsəm bəyanatı isə Paşinyanın həyasız bəyanatlarına dəstək idi. Görünür Makron Fransanın ən yaxın tarixini belə bilmir. Vaxtilə o dövrkü Çexslovakiyanın Hitler Almaniyası tərəfindən işğalına bu cür yanaşan fransızlar onun bədəlini sonra çox pis ödədilər. Dünyanın ədalət tərəzisi pozulanda bunun ağır nəticələrini bəşəriyyət ödəyir bunu erməni faşizminə dəstək verən dövlətlər və təşkilatlar dərk etməlidirlər”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə