Çeçenistandan Azərbaycaınn haqq işinə dəstək: Mənim Mən olduğum ölkə!

Çeçenistan Respublikasının Səhiyyə naziri, əslən azərbaycanlı olan Elxan Süleymanov işğal altındakı torpaqlarımızın azadlığı uğrunda aparılan savaşla bağlı Azərbaycanının haqq işinnə dəstəyini nümayiş etdirib.

Çeçenistan hökumətinin üzvü öz “İnstaqram” səhifəsində ölkəmizin haqq işini dəstəkləyən post yazıb.

“Ədalət qalib gələcək! Çiçəklən, Azərbaycan!” cümlələrini yazan nazirin postunu bəziləri istisna olmaqla əksər Çeçenistan və Rusiya sakinləri bəyənib. Bir sıra çeçenlər öz şərhlərində 1990-cı illərdə Çeçenistanda Rusiya ilə ağır müharibə illərində Azərbaycanın, Bakının çeçen qaçqınlara necə qayğı ilə qucaq açmasından bəhs edib.

“Doğulduğum və böyüdüyüm, uşaqlığımı və gəncliyimi keçdiyim Azərbaycan! Sayəsində mənim mən olduğum ölkə (axı insanın mahiyyətini məhz tərbiyə və təhsil müəyyənləşdirir) çətin anları yaşayır. Münaqişənin əvvəlindən ailəmlə birlikdə ölkə sakinlərinin torpaq itkisinə, doğma ocaqlarını bir anda itirən yüz minlərlə qaçqının əzab-əziyyətlərinə acıdıq. Bu, ümumi ağrımızdır və indi də belədir. Və bu gün məmləkətimə və ölkəmə dəstək sözlərimi ifadə etmək istəyirəm! Ədalət qalib gələcək! Çiçəklən, Azərbaycan!!!", – Çeçenistan naziri belə yazıb.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə