Paşinyan İrəvan-Moskva-Bakı sammitinə qarşı çıxdı

Nikol Paşinyan Ermənistan, Rusiya və Azərbaycan rəsmilərinin iştirakı ilə üçtərəfli sammitin keçirilməsi təklifinə kəskin fikir ayrılığını dilə gətirib. SİA Ermənistana məxsus tert.am saytında, eləcə də Rusiyaya məxsus RİA Novosti agentliyində yayımlanan məlumatlara istinadən xəbər verir ki, Rusiya KİV-lərinə münasibət bildirən Nikol Paşinyan deyib ki, rəsmi İrəvan tədbirin Dağlıq Qarabağda davam edən döyüş əməliyyatları kontekstində keçirilməsini uyğun hesab etmir, yersiz sayır.

“Hərbi əməliyyatlar zamanı sammit barədə danışmaq yersizdir. Danışıqlar aparmaq üçün uyğun bir atmosfer və şərtlər lazımdır", deyə bildirən Nikol Paşinyanın sözlərini RİA Novosti sitat gətirib.
Xatırladaq ki, 27 sentyabr tarixində Ermənistanın növbəti təxribatlarına cavab olaraq Azərbaycan antiterror əməliyyatları keçirir. Əməliyyatlar zamanı Azərbaycan ərzilərinin bir hissəsi terrorçulardan təmizlənib, işğal altında olan Azərbaycan ərazilərinin bir qismi geri alınıb. Hazırda Azərbaycan Ordusu öz uğurlu əməliyyatlarını davam etdirir və düşmən çox sayda hərbi texnika və canlı qüvvə itkisi verməkdə davam edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə