Peskov Türkiyənin Azərbaycana köməyi barədə sualı cavablandırdı

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin "Türkiyə Dağlıq Qarabağ münaqişəsində Azərbaycana kömək edibmi" sualına aydınlıq gətirib. SİA RenTV-yə istinadən xəbər verir ki, Peskov bununla bağlı ona sual verən jurnalistlərə iradını bildirib.

"Hərbi əməliyyatların getdiyi bölgədə vəziyyətin inkişafını çox yaxından izləyir, bütün məlumatları diqqətlə təhlil edirik", deyən Dmitri Peskov vəziyyətdən xəbərdar olduğunu jurnalistlərin diqqətinə çatdırıb.

Xatırladaq ki, Ermənistan tərəfinin təxribatlarına Azərbaycan layiqli cavab verir, Ordumuz işğalçıları zəbt etdikləri ərazilərdən çəkilməyə vadar edən uğurlu antiterror əməliyyatları keçirir.

Qeyd edək ki, bu əməliyyatlar nəticəsində düşmən çox sayda hərbi texnika və canlı qüvvə itgisi verməkdə davam edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə