"Azərbaycan Ordusu ermənilərə layiq olduqları cəzanı verir" ÖZƏL-MÜNASİBƏT

“Ermənistanın təxribatını dəf edən Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatlar keçirməsi tarixi hadisədir. Hazırda biz bu günümüz və gələcəyimiz üçün xüsusi əhəmiyyət kəsb edən çox vacib hadisələrə şahidlik edirik. Azərbaycan xalqı tarixinin ən şanlı dövrlərindən birini yaşayır”. Bu sözləri SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə deyib.

Bildirib ki, güclü hərbi-texnki bazaya malik olan Azərbaycan ordusu yüksək döyüş hazırlığı sayəsində düşmənə sarsıdıcı zərbələr vura bilib: “Qələbə yaxındadır. Düşmənin cəbhə xətti yarılıb. Erməni ordusundakı təlaş xaosa çevrilib. Hamı silahını atıb qaçır. Vəziyyət o həddə çatıb ki, düşmən ölkədə fərarilərin güllələnməsi barədə qərar qəbul edilib. Azərbaycan Ordusu təzyiqi bir az da artırsa, ermənilər bir-birini güllələyəcək”.

Seymur Verdizadə deyib ki, Azərbaycan həmişə problemin danışıqlar yolu ilə həll edilməsinin tərəfdarı olsa da, Ermənistan danışıqlar prosesindən yayınıb, müxtəlif bəhanələrlə münaqişənin həllini uzatmağa çalışıb: “Aqressiyanın, təcavüzün cəzası ağır olur. Azərbaycan Ordusu ermənilərə layiq olduqları cəzanı verir. Düşmən silahı yerə atıb diz çökməyənə kimi göydən başına od ələnəcək. Ermənistan güclü Azərbaycanın əllərini boğazında hiss etdikcə öz gücsüzlüyünü daha yaxşı anlayacaq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə