Tramp: “ABŞ rəhbərliyi Dağlıq Qarabağdakı vəziyyəti yaxından izləyir və ......"

"ABŞ rəhbərliyi Dağlıq Qarabağdakı vəziyyəti yaxından izləyir və artan münaqişənin qarşısını almağa çalışır". SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi brifinqdə deyib. "Çox yaxından izləyirik. Bu, təzə baş verib, bu barədə məlumatım var. Bu bölgədə çoxları ilə yaxşı münasibətlərimiz var. Baxacağıq, görək bunu (münaqişəni – red.) dayandıra bilirikmi?!" – deyə Ağ Ev rəhbəri bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə