Muzdlu döyüşçülərə ehtiyacı olan ölkənin adı Ermənistandır - ŞƏRH ÖZƏL

"Ermənistanın son aylarda Azərbaycana qarşı istifadə etdiyi uğursuz təbliğat və ideoloji təxribat istiqamətlərindən biri məhz bəzi Yaxın Şərq ölkələrindən, Suriyadan və digər ölkələrdən guya Azərbaycana Azərbaycan tərəfdən döyüşmək üçün müəyyən döyüşçülərin mütəşəkkil qaydada gətirilməsindən ibarət olub. Öncədən qeyd edim ki, bu Ermənistanın Azərbaycana qarşı ideoloji təxribatlarında yeni istiqamət deyil. Hələ 25-30 il bundan əvvəl seçilmiş ideoloji təxribatın yeni formadan davamı və təzahürüdür". Bunu SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, yəqin hamı xatırlayar ki, hələ uzun illər əvvəl Ermənistan Azərbaycana qarşı özünün təcavüzkar addımlarını atmaqla bərabər, guya Azərbaycanın Əfqanıstandan, Pakistandan, hətta Türkiyədən ülküçü millətçilərin dəstə-dəstə təşkil olunaraq Azərbaycana gətirildiyi və ermənilərə qarşı bu qüvvələrin əli ilə mübarizə aparıldığı barədə yalanlar uydururdular: "Amma daha sonra həmin ölkələrdən Azərbaycan tərəfində Ermənistana qarşı döyüşmək üçün mütəşəkkil qaydada hansısa dəstələrin gətirildiyinə dair bir dənə də olsa sübutlayıcı fakt ortaya çıxmadı. Eynilə də bu gün Yaxın Şərq ölkələrindən Azərbaycana döyüşçülərin gətirilməsi barədə iddialar perspektivsizdir və bunun hansı niyyətlə uydurulduğu ilk baxışdan hər kəsə bəlli olur".

Siyasi şərhçi bildirib ki, Ermənistanın bu ideoloji təxribatlarda məqsədi var: "Əvvəl onlar bu gün özləri Azərbaycana qarşı təcavüzkar siyasəti davam etdirdikləri, Azərbaycana qarşı yeni təcavüzkar müharibəyə hazırlaşdıqları halda bu cür informasiyalar yaymaqla dünya ictimaiyyətində belə bir rəy formalaşdırmağa çalışırlar ki, guya müharibəyə hazırlaşan Ermənistan yox məhz Azərbaycandır: "Və Azərbaycan bu dəfə kənardan gətirilən qüvvələrin əli ilə Ermənistana qarşı təcavüzə hazırlaşır. Bir növ bu cür məlumatlarla Ermənistan özünün yeni təcavüzkar müharibələrə hazırlaşmaq niyyətini və planlarını ört basdır etməyə çalışır. Bundan əlavə guya Azərbaycan cəmiyyətinin özünün ordu üçün bir kadr bazası olmaq potensialları tükəndiyinə görə, orduda döyüşmək üçün kənardan gətirilən qüvvələrə ehtiyac hissi varmış kimi imic yaratmağa çalışırlar. Halbuki bu ehtiyacın içində olan subyektin özü məhz Ermənistandır".

A.Quliyev vurğulayıb ki, Ermanistan ordusunda fərarilik var cəmiyyət istila edilmiş özgə torpaqlarında hərbi xidmət keçməyin təhlükəsini və məsuliyyətini anlayır: "Buna görə də qorxur və övladlarını orduya göndərməkdən imtina edirlər. Belə şəraitdə Ermənistanın məhz özü başqa ölkələrədən muzdlu döyüşçülərin gətirilməsinə ehtiyac hiss edir. Həmçinin Ermənistan özünün Yaxın Şərq ölkələrindən orduya muzdlu döyüşçü cəlb etmək siyasətini bu yalanlarla ört-basdır etməyə çalışır. Bu məsələ barədə təkcə Azərbaycan mediasında deyil, Yaxın Şərq ölkələrini və Avropa mediasında da Ermənistanın müəyyən istiqamətlər üzrə Yaxın Şərq ölkələrindən muzdlu döyüşçüləri öz ordusuna cəlb edir. Bir sıra marşurutların da adı çəkilir ki, bu faktlara ciddi yanaşmaq lazımdır. Bir sıra dövlətlər də bu məsələyə ciddi yanaşmalı və onların ərazisindən muzdu döyüşçülərin keçirilməsinə icazə verməməlidirlər".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə