PKK terror təşkilatına mənsub ünsürlərdən ermənilərə - Təxribat təlimləri

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə Suriya və İraqdan gətirilən PKK terror təşkilatına mənsub ünsürlər burada ermənilərə təxribat, basqın və kustar üsulla partlayıcı hazırlanması təlimləri verəcək. SİA-nın məlumatına görə, bu barədə “Yeni Şafak” nəşri bildirib.

Qeyd olunub ki, Suriya və İraqdakı PKK-çılarla əlaqələri Ermənistanın İraqdakı səfiri Xraçya Poladyan qurub.

Ermənistan Qarabağda PKK-çıları yerləşdirdi - Əvəzində raket veriləcək

Keçirdiyi iclaslarda qrupları razı salan Poladyan terrorçuların Dağlıq Qarabağa nəqli üçün Şimali İraqdakı Talabani ailəsinin nəzarətində olan Kürdüstan Yurdsevərləri Birliyi ilə də razılığa gəlib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə