BMT-nin Qaçqınlar üzrə ali komissarı Antonio Qutyerres Azərbaycana gələcək

BMT-nin Qaçqınlar üzrə ali komissarı Antonio Qutyerres Azərbaycana gələcək
BMT-nin Qaçqınlar üzrə ali komissarı Antonio Qutyerres Bakıya səfər edəcək. Qurumun Bakı ofisindən SİA-ya verilən xəbərə görə, mayın 17-də başlayacaq səfər 3 gün davam edəcək. Səfərdə məqsəd azərbaycanlı qaçqın və məcburi köçkünlərin hazırkı həyat şəraiti ilə tanış olmaqdır. Bakıya səfəri çərçivəsində Antonio Qutyerres həmçinin Azərbaycanın hökumət rəsmiləri ilə də görüşlər keçirəcək. Səfər çərçivəsində BMT rəsmisi Azərbaycanlı qaçqınlar üçün inşa edilmiş yeni qəsəbələri ziyarət edəcək

Bütün xəbərlər Facebook səhifəmizdə