Ümummilli lider Heydər Əliyevin doğum gününün 88-ci ildönümü münasibətilə, Azərbaycanın ABŞ-dakı Səfirliyi mayın 10-da Discovery Science kanalının Bakıda tikilməkdə olan Heydər Əliyev Mədəniyyət Mərkəzi və "Atəş Qüllələri"nə həsr olunmuş "Azərbaycanın fövqəladə transformasiyası" adlı xüsusi reportajının rəsmi təqdimat mərasimini keçirib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən SİA-ya verilən xəbərə görə, təqdimatda Azərbaycanın ABŞ-dakı Səfiri Yaşar Əliyev çıxış edərək, Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin möhkəmlənməsi, iqtisadiyyatının inkişafı və dünya birliyində özünəlayiq yer tutması üçün Heydər Əliyevin göstərdiyi misilsiz xidmətlərdən bəhs edib. Səfir ümummilli liderin Azərbaycanın daha da güclənməsinə və müasir dövlət kimi inkişaf etməsinə dair arzularının bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında gerçəkliyə çevrildiyini qeyd etmiş və Discovery Science kanalı kimi nüfuzlu bir KİV-in bu inkişafı işıqlandırmasını əlamətdar hadisə kimi dəyərləndirib.
Sözügedən reportajın aparıcısı və prodüseri Daniel Forster öz çıxışında, belə bir xüsusi günə həsr olunmuş mərasimdə iştirakından məmnunluğunu ifadə edib. O, müxtəlif mədəniyyətlərin qovşağında yerləşən Azərbaycanın parlaq gələcəyə yönəlmiş səylərindən, ölkədə aparılan quruculuq işlərindən çox mütəəssir olduğunu bildirmiş, Heydər Əliyev Mədəniyyət Mərkəzinin və "Atəş Qüllələr"inin unikal səciyyə daşıdğını qeyd edib.
Sonra reportaj nümayiş etdirilib.
Reportaj Səfirlik tərəfindən DVD şəklində çoxaldılaraq tədbir iştirakçıları arasında paylanıb. Qonaqlar, həmçinin Heydər Əliyevin ABŞ-a səfərlərinə həsr olunmuş foto-sərgi ilə tanış olublar.
Təqdimat mərasimində ABŞ Dövlət Departamenti, Müdafiə və Enerji Nazirliklərinin əməkdaşları, alim və ekspertlər, KİV nümayəndələri, iş adamları, Azərbaycan diasporunun üzvləri və Səfirliyin əməkdaşları iştirak ediblər.
Mərasim iştirakçıların böyükü marağına, Azərbaycanın sürətli inkişafı barədə biliklərinin artmasına səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB