Qərar qətidir: Nazirlər Kabineti istefa versin! TƏLƏB

Ermənistanda xalqın tələbi davamlı xarakter alıb

Ermənistanda xalqın hakimiyyətdən narazılıq tempi sürətlə artır. Artıq Nazirlər Kabinetinin qarşısında keçirilən etiraz aksiyaları da ənənə xarakterini almaqdadır. Aksiyaların əsas təşkilatçısı Milli Gündəlik Partiyası olsa da, onlara digər müxalifətyönlü qurum və təşkilatlar da dəstək göstərirlər.

Partiyanın sədri Ara Akopyan bildirib ki, aksiyada yalnız təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutunyanın deyil, həmçinin kollektiv, proqram və strateji məsuliyyət daşıdıqları üçün hökumətin bütün üzvlərinin istefasını tələb edilir.

“Nazirlər Kabineti istefa verəcəyi halda, keçid dövrü üçün “yol xəritəsi” təqdim ediləcək, milli həmrəylik hökuməti qurulacaq”, deyən Ara Akopyan əlavə edib ki, əgər onların etirazları dinlənilməsə, tələbləri yerinə yetirilməsə, daha sərt aksiya üsullarından da istifadə edəcəklər. “Qərarımız qətidir və heç bir kompromis nəzərdə tutulmayıb”, deyə müxalifətçi partiya sədri bəyan edib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə