“Soros” fondu müxalifətdən istifadə edir, sonra da zibil yeşiyinə atacaq RƏY-ÖZƏL

“Soros” fondu müxalifətdən istifadə edir, sonra da zibil yeşiyinə atacaq RƏY-ÖZƏL

Son vaxtlar Əli Kərimli və Sevinc Osmanqızı fəaliyyətlərini “Soros” fondunun tələblərinə uyğun qurmaqla Azərbaycanın dövlətçilik maraqlarına zərbə vurmağa çalışırlar. Bununla Ə.Kərimli və S.Osmanqızı əsas maraqlarının maddi gəlir əldə etmək olduğunu nümayiş etdirirlər. "Yurddaş" Partiyasının sədri Mais Səfərli “Səs” qəzetinə açıqlamasında deyib.

Partiya sədri bildirib ki, bu gün radikal müxalifət düşərgəsində olan Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı və digərlərinin sərgilədikləri fəaliyyət əslində siyasətlə heç bir bağlılığı yoxdur: “Bu insanların fəaliyyətini araşdırdırdıqda, onların fəaliyyətinin siyasətlə heç bir əlaqəsi olmadığını görə bilərik. Demək onlar ki, onlar öz çevrələrində olan insanların maraqlarına və ilk növbədə də öz şəxsi maraqlarına işləyirlər. Bütün bunların da hamsının arxasında Azərbaycanı istəməyən və ümumiyyətlə, dünyada bu və ya digər ölkələrdə qarışıqlıq salmağa çalışan çalışan şeytani qüvvə dayanır, onlarada Corc Soros deyilən bir şəxs rəhbərlik edir. Yəni Sorosun maraqlarını təmin edirlər. Bildiyiniz kimi, Soros dünyanın ən varlı insanlarından biridir və o milyardları nəyin hesabına qazanır? Bu və ya digər ölkənin siyasi həyatına müdaxilə edir, orda özünə məxsus qüvvələri hakimiyyətə gətirmək istəyir və sonra hakimiyyətə gətirdikdən sonra həmin dövlətlərin varını dövlətini çalıb talamaqla məşğuldur. Bax elə uzağa getməyək bu gün onsuzda bədbəxt vəziyyətə olan Ermənistandaki indiki hakimiyyəti dəstəkləyən və arxasında dayanan kimdir? Sorosdur”.

M.Səfərli bildirdi ki, Paşinyanı hakimiyyətə gətirən Corc Sorosdur: “Bu gün də Paşiniyan birbaşa Corc Sorosun diktəsi ilə oturub-durur. Azərbaycanda da belə bir fəaliyyət sərgiləmək və öz caynağına keçirmək istəyir Corc Soros. Amma bu mümkün deyil. Əli Kərimli, Sevinc Osmanqı və digərləri bu gün Sorosa işləyirlər və Soros tərəfindən maliyyələşirlər.. Ancaq reallıq budur ki, onların Azərbaycanın ictmai və siyasi həyatında heç bir rolu yoxdur. Yəni ictimai siyasi proseslərə heç bir təsir göstərmək imkanları yoxdur. Amma dediyim kimi bu adamlar öz maraqları üçün çalışırlar, ona görə də onların fəaliyyətini analiz edəndə görürsən ki, bu dövlətçilikdən uzaq bir fəaliyyətdir, Azərbaycan xalqının maraqlarından uzaq bir fəaliyyətdir. Uzağa getməyək götürək elə bu yaxınlarda ermənilərin Azərbaycana növbəti hücumu zamanı bu qüvvələrin tutduqları mövqe. Onların sərgilədiyi mövqe əslində anti-Azərbaycan mövqeyi idi, Sevinc Osmanqızı öz internet televiziya vasitəsi ilə birbaşa erməniləri müdafiə etdiyini bütün Azərbaycan xalqı gördü. Nəyə görə, onlar Dağlıq Qarabağ məsələsində Azərbaycan xalqının mövqelərinə uyğun mövqe sərgiləmirlər? Çünki onlara Soros icazə vermir, yəni onların bağlı olduğu qüvvələr buna icazə vermir. Onların elə dillərində demoktayiya deyilən söz bitib, əslində heç özləridə bilmirlər ki, bu demoktariya nə deməkdir. Əgər doğurda da bunlar demokratiya tərəfdarlarıdırsa dedib öz partiyalarındakı demokratizimi təmin etsinlər, o partiyaları yenidən qursunlar, demokratik hüquqi dövlətin ruhuna uyğun şəkildə bir islahat aparsınlar öz sıralarında. Amma bunu etmirlər, deməli onlar həm də demokratiyadan uzaqdırlar. Bir sözlə, Azərbaycan xalqı belə qüvvələrə inanmır və belə qüvvələri çoxdan çıxdağ edibdir. Bu qüvvələr özləridə onu çox gözəl başa düşürlər. Sadəcə olaraq, gündəmdə qalmaq və qazanc əldə etmək üçün yollarından dönmürlər. Demək olar ki, bunların sonuna çox az qalıbdır. Yəni Soros görəndə ki, Azərbaycandan heç nə qopara və heç nə əldə edə bilmir, onda onları bir kağız parçası kimi büküb zibil yeşiyinə atacaqdır”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə