"Uğur qazanmağın sirləri" adlı vebinar təşkil edilib

Yeni Azərbaycan Parityasının (YAP) İmişli rayon və Şirvan şəhər təşkilatlarının gənclər birliklərinin birgə təşkilatçılığı ilə "Uğur qazanmağın sirləri" adlı vebinar təşkil edilib. SİA-nın verdiyi məlumata görə, onlayn təlim gənclərin şəxsi inkişafı üçün zamanın düzgün idarə edilməsi taktikaları, bundan əlavə xronofaqlardan uzaqlaşmaq, Kaydzen təlimi, özgüvənli olmağın sirləri və prokrastinasiya (ertələmək) mövzularına həsr olunub.

Vebinar BMT-nin AiSEC (AİZEK)-in UNİCEF-in Avropa İttifaqının həyata keçirdiyi beynəlxalq təlim proqramlarının istırakçısı, hazırda yerli və beynəlxalq proqramların təlimçisi Amin Quliyevin maderatorluğu ilə təşkil olunub.

Onlayn tədbirdə çıxış edən YAP İmişli rayon təşkilatı Gənclər Birliyinin sədri Rüfət Muradov, YAP Şirvan şəhər təşkilatı Gənclər Birliyinin sədri Namidə Naminə, YAP İmişli rayon təşkilatı Gənclər Birliyinin şura üzvü Səbinə Əsədova, YAP Şirvan şəhər təşkilatı Gənclər Birliyinin şura üzvü Aynur İbrahimova və başqaları gənclərin yeni texnologiyaları mənimsəməsi və bu istiqamətdə təlimlərin təşkilinin zəruriliyindən danışıblar, ölkəmizdə həyat keçirilən gənclər siyasətinin uğurlarından bəhs ediblər. Bildirilib ki, bu gün müasir biliklərə yiyələnən Azərbaycan gəncliyi milli maraqlarımızın keşiyində dayanıblar.

Disskusiya formatında davam edən tədbirdə gənclər faydalı müzakirələr aparıblar.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...