Əli Kərimlinin şikayəti təmin olunmadı FAKT

Əli Kərimlinin şikayəti təmin olunmadı FAKT

AXCP sədrinin avtoritar idarəçiliyi sübut olundu

AXCP daxilində mövcud olan avtoritar rejim bu gün də tam sürətlə davam etməkdədir. Əbəs deyil ki, hazırkı dövrə qədər partiyada Əli Kərimlinin fikrini bölüşməyən istənilən kəs dərhal sədrin hədəfinə alınır, müxtəlif yollarla siyasi təşkilatdan uzaqlaşdırılır. Əgər buraya sosial şəbəkələrdə şantaj və böhtanları, söyüş və təhdidləri də əlavə edərsək, bu zaman oradakı vəziyyətin nə qədər iyrənc halda olduğunu bir daha müəyyən edə bilərik.

Əslində, bu, yenilik də deyil və hazırkı vaxta qədər AXCP sıralarından səsli-küylü istefa verən funksionerlərin, sıravi vətəndaşların hər biri ayrı-ayrılıqda Əli Kərimlinin avtoritar idarəçiliyi haqqında geniş bilgilərə, faktlara, dəlillərə malikdirlər. Maraqlısı da budur ki, faktlar və dəlillərin hər biri bilavasitə Kərimlinin özünə tərəf yönəlməklə yanaşı, onun şəxsi mənfəətləri üçün, hətta ən yaxın adamına qarşı amansız münasibət sərgiləməsi reallığı ortaya çıxır.

Məhz sözügedən kontekstdən çıxış edərsək, bugünlərdə AXCP-dən zorla xaric edilmiş Aydın Əliyevin də məhkəmə işini göstərə bilərik. O, partiyadan azad edilməsinə görə məhkəməyə müraciət edib və bərpa olunması ilə bağlı iddia qaldırıb. Məhkəmə həmin iddianı təmin edib və Aydın Əliyevin partiyaya bərpası ilə bağlı qərar çıxarıb. Ancaq söz yox ki, Əli Kərimli bu iddiadan narazı qalıb, üstəlik, hökmü şikayət də edib. Qərara əsasən isə, şikayət təmin edilməyib.

Qeyd edək ki, AXCP üzvlüyündən xaric edilmiş Əliyev Aydın Sədətqulu oğlu "ümumi yığıncağın qərarının ləğv edilməsi, AXCP üzvlüyünə və AXCP Nəzarət Təftiş Komissiyasının sədri vəzifəsinə bərpa olunması" iddiası ilə Nəsimi Rayon Məhkəməsində qaldırdığı iddia iyun ayında təmin edilib. Əli Kərimli həmin qərardan şikayət verib.

Xatırladaq ki, Aydın Əliyev Nəsimi Rayon Məhkəməsində verdiyi ifadəsində bildirib ki, 1995-ci ildən Azərbaycan Xalq Cəbhəsi Partiyasında fəaliyyət göstərib, 27 sentyabr 2015-ci ildə AXCP-nin qurultayında Nəzarət Təftiş Komissiyasına üzv, sonra sədr seçilib. Onun sözlərinə görə, NTK sədri seçilməsi Əli Kərimlinin ürəyincə olmayıb və onun normal fəaliyyətinə imkan verməyib.

AXCP Ali Məclisinin Rəyasət Heyətinin ümumi yığıncağının 10 iyun 2019-cu il tarixli qərarı ilə A.Əliyev partiya sıralarından kənarlaşdırılıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə